DÜNYA
Altı milyondan çox italyan xaricdə təhsil alır
Bakı, 6 noyabr, AZƏRTAC
Miqrantlar Fondunun dünyadakı italyanlara dair 19-cu araşdırmasına görə, 6 milyondan çox italyan xaricdə təhsil alır.
AZƏRTAC xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Bildirilib ki, bu nəticə 2020-ci illə müqayisədə 11,8 faiz çoxdur. Keçən il 89 min 462 nəfər italyan xaricə köçüb ki, bu da 2022-ci illə müqayisədə 9,1 faiz çoxdur.
Xüsusilə gənclər və 65 yaşdan yuxarı italyanlar ölkəni daimi olaraq tərk etməyi seçiblər.
2024-cü ildə mühacirlərin ən çox olduğu bölgələr Siciliya, Lombardiya və Veneto olub.