AMEA: İxtisas imtahanlarında doktorantların əksəriyyəti yüksək nəticələr əldə ediblər
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəlsəfə və ixtisas fənni üzrə qəbul imtahanları təşkil edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, fəlsəfə imtahanında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş xarici dil imtahanında müvəffəqiyyət qazanmış iddiaçılar iştirak ediblər. Fəlsəfə fənni üzrə imtahan verən və uğurlu nəticə əldə edən 62 nəfər iddiaçı ixtisas fənləri üzrə imtahanlara qatılıb.
AMEA-nın müvafiq elmi müəssisələrində təşkil edilmiş İmtahan Komissiyasının üzvlərinin və AMEA Rəyasəti Heyəti aparatının Təhsil şöbəsinin nümayəndələrinin müşahidəçi qismində iştirakı ilə keçirilmiş ixtisas imtahanları uğurla başa çatıb.
Şəffaf və mövcud qaydalara uyğun təşkil olunmuş ixtisas imtahanlarında doktorantların əksəriyyəti yüksək nəticələr əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:27]
Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr
- 19.06.2026 [10:36]
DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək
- 18.06.2026 [19:57]