Amerikalı xizəkçi dünya kubokunda tarixi nəticə qazanıb
Bakı, 12 yanvar, AZƏRTAC
Xizəkçilərin dünya kubokunun “Tur de Ski” mərhələsində qadınların yarışında tarixi nəticə qeydə alınıb. Norveç idmançılarının yoxluğunda ilk dəfə qeyri-avropalı atlet turniri qalib kimi başa vurub.
AZƏRTAC xəbər verir ki, 15-ci dəfə təşkil olunan turnirdə amerikalı Cessi Diggins bu titula yiyələnib. O, sonuncu mərhələdə 10 kilometrlik məsafə üzrə keçirilən yarışı ikinci sırada tamamlasa da, bu, ali mükafata yiyələnmək üçün kifayət edib. İsveçli Ebba Anderson əksinə, sonuncu mərhələdə qələbə qazansa da, ümumi siyahıda yalnız üçüncü yeri tutub. Rusiyalı Yuliya Stupak isə “Tur de Ski” turnirini ikinci sırada tamamlayıb.
Digginsin tarixi uğur qazanmasında pandemiyaya görə İtaliyaya səfər etməyən norveçli xizəkçilərin yoxluğu da böyük rol oynayıb. Çünki qadınların analoji yarışlarında Norveç idmançılarının fəxri mükafata yiyələnməsi adət halını almışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]