Azərbaycan Dövlət İnformasiya Agentliyi

Amerikasayağı demokratiya: bölünmüş ölkə və Prezident Tramp

Amerikasayağı demokratiya: bölünmüş ölkə və Prezident Tramp

Uzun müddət ərzində dünyada “beyin mərkəzləri”, kütləvi informasiya vasitələri, siyasi liderlər və dövlət xadimləri proqnoz verirdilər ki, Amerikada prezident seçkilərində demokrat Hillari Klinton qalib gələcək. Üstəlik, H.Klintonun rəqibi, respublikaçı Donald Tramp haqqında ifşaedici informasiyalar yayılır, onun prezidentliyə layiq olmadığı barədə Amerikanın məşhur adamlarının fikirləri dərc edilirdi. Bəziləri hətta D.Trampı “dəli” adlandırırdı. Hiss olunurdu ki, ABŞ isteblişmenti respublikaçı namizədin qalib gəlməsini heç arzulamırdı. Ancaq, atalar demişkən, “sən saydığını say...”, zamanın hökmü isə tamamilə başqadır. Nəticə necə oldu? Sürpriz - qalib təhqir olunan, aşağılanan və dağıdıcı, “yırtıcı” kimi qələmə verilən D.Tramp oldu. Seçici ona üstünlük verdi. İndi də Amerika şəhərlərinin küçələrinə çıxıb “biz seçilən prezidenti tanımırıq”! deyə qışqıranlar var. Paradoksdur, deyilmi - dünyanın ən demokratik ölkəsində bir seçici qrupu digər seçicilərin hüququnu tanımaq istəmir. Ölkənin siyasi səhnəsi kimi, seçici beyninin də qarışdığı görünür. Bunların səbəbi nədir?

Yanlış proqnozlar: təbliğatda ikili standartlar və “beyin mərkəzləri”nin iflic vəziyyəti

Analitiklər ABŞ-da prezident seçkisindən sonra yaranmış vəziyyəti təhlil edib, proqnozlar verməyə çalışırlar. Onlar yalnız Amerikanın deyil, bütövlükdə dünyanın taleyi aspektində fikir yürüdürlər. Proqnozlar bir-birindən fərqlənsə də, demək olar ki, hamısı bir tezisi qəbul edir - ABŞ-ın yeni prezidenti həm ölkədə, həm də dünyada siyasi mənzərəni dəyişmək qabiliyyətindədir. Bu zaman onun konkret hansı addımları atacağı haqqında qəti fikir bildirməyə risk etmirlər. D.Tramp gözlənilməz və riskli addımlar atan siyasətçi kimi xarakterizə edilir. Hərçənd Trampın özü seçkiqabağı çıxışlarının birində açıq deyib ki, “mən siyasətçi deyiləm” (bax: Trump talks 'draining the swamp' of DC in policy speech / “Fox News”, 22 oktyabr 2016).

Belə çıxır ki, Amerikada D.Trampın qələbəsini gözləmirdirlər. Onda bəs nəyə görə təbliğatı H.Klintonun üzərində qururdular? Ağıla gələn iki variantdır - ya təbliğat böyük riyakarlıq, yalan, ikili standartlar üzərində qurulmuşdu, ya da ki, doğrudan da Qərb ölkələrində KİV, “beyin mərkəzləri” iflic vəziyyətindədir. Bu isə, açığı, faciədir. Çünki həm riyakarlıq, həm də düzgün analiz edə bilmək imkanlarının zəifliyi bütövlükdə dünyanın gələcəyi ilə bağlı bədbin düşüncələrə əsas verir.

Xatırlayırsınızsa, “Brexit”dən sonra bir sıra ekspertlər Avropanın “beyin mərkəzləri”ni, siyasi liderlərini mövcud reallığı adekvat dərk etməməkdə ittiham etdilər. Eyni vəziyyət, ABŞ-da prezident seçkisindən sonra yaranıb. Əgər dünyanın ən güclü dövlətində prezident seçkisi təbliğatı riyakarlıq, yalan və ikili standartlar üzərində qurulursa, bu, reallığın təhrif olunmuş formada qiymətləndirilməsi deməkdir. Onun isə ümumən qlobal siyasətə çox mənfi təsirləri ola bilər. Bu barədə kifayət qədər analizlər aparılıb, tezislər irəli sürülüb. Başqa variantda, KİV və “beyin mərkəzləri” iflic vəziyyətdədirsə, onda həmin işlərə xərclənən milyardlar hara gedib?

Buradan KİV və akademik dairələrin müəyyən siyasi və maliyyə qruplarının xüsusi korporativ maraqlarına xidmət göstərdiyi qənaətinə gəlmək olarmı? Onu deyək ki, ekspertlər sırasında bu suala müsbət cavab verənlər vardır. Rusiyalı ekspert Andrey Kortunov həmin kontekstdə yazır: “...Donald Trampa qarşı vahid cəbhədə ölkənin bütün elitası çıxış edib. Demokratlar və respublikaçılar, Uoll-Stritin maliyyə korporasiyaları, Silikon vadisinin sərmayə şirkətləri, milli kütləvi informasiya vasitələri, aparıcı mədəniyyət tregerləri, universitetlər, xeyriyyə fondları, Nobel mükafatı laureatları və analitik mərkəzlərin əksər çoxluğu ona qarşı idi (bax: Андрей Кортунов. Победа народного восстания над национальным истеблишментом / “Valdaiclub.com”, 9 noyabr 2016).

Daha maraqlısı isə ondan ibarətdir ki, prezident seçkilərindən sonra qəribə mənzərə yaranıb. Konkret olaraq, Trampı təhqir edənlər, ona qarşı qarayaxma kampaniyası aparanlar seçkidən sonra onu tərif etməyə başlayıblar. Onlar əvvəl, həqiqəti deyil, müəyyən sifarişli fikirləri söyləyib, hətta bəzən D.Trampa səs verməmələri üçün seçicilərə ağlasığmaz vədlər versələr də, seçkidən sonra yenə riyakarlıq edərək qalibin yanında yer almaq üçün çalışırlar. Psixoloji olaraq bu hal, yalançı, başqasının iradəsinə tabe olan, əsas olaraq öz mənafeyini güdən fərdlərdə özünü göstərir. Lakin hər iki hal onların ədalətli, demokratik və obyektiv deyil, kənar təsirlər altında hərəkət etdiyini göstərir. Görünür, ABŞ cəmiyyətində ciddi mənəvi problemlər yaranıb.

Bunları bir kənara qoyub, məsələyə başqa bucaq altında baxdıqda, D.Trampın qələbəsinin səbəbləri üzərində düşünməyə dəyər. Hər şeydən əvvəl, ekspertlər qeyd edirlər ki, bu, Amerika başda olmaqla Qərbin uzun illər yeritdiyi siyasətin nəticəsidir. Konkret deyilsə, həmin siyasət yalan, böhtan, ikili standartlar və öz maraqları naminə beynəlxalq hüquqa olan etinasızlıq üzərində qurulub. Bu da ABŞ-ın xarici siyasətində və bütövlükdə dünyada xeyli sayda problemlər meydana gətirib. Məsələn, Cozef Nay vurğulayır: “...Tramp onda haqlıdır ki, Yaxın Şərq ölkələrindəki milli əhvali-ruhiyyədə olan əhalinin daxili işlərini nəzarətdə saxlamaq - uğursuzluq reseptidir” (bax: Joseph Nye. Donald Trump’s Foreign-Policy Challenges / “Project Syndicate”, 9 noyabr 2016). Bundan başqa, Tramp Rusiyanın təcrid olunmasını da yanlış hesab edir ki, bunda da haqlıdır (bax: əvvəlki mənbəyə).

Trampın missiyası: öhdəsindən gələ biləcəkmi?

Təbii ki, bu proses uzun müddət davam edə bilməzdi və cəmiyyətdə siyasi isteblişmentə qarşı ikrah hissi yaradırdı. O, daha çox iki məqamda özünü göstərib. Birincisi, baxmayaraq ki, H.Klinton ölkənin elitasını təmsil edirdi, ona amerikalıların 70%-i inanmırdı. İkincisi, “ağ amerikalılar”ın əksəriyyəti D.Trampa səs verib. Belə ki, H.Klintona “ağ”ların 37%-i, D.Trampa isə 58%-i səs verib. Afroamerikanların isə 88%-i demokratların namizədinə, cəmi 8%-i respublikaçıya “hə” deyib (bax: Максим Сучков. Восстание “ос”: как победил Д.Трамп / РСМД, 10 noyabr 2016).

Beləliklə, D.Tramp öz çıxışları ilə amerikalılarda ədalətə, düzgün yanaşmaya inam yarada bilib. O, ABŞ cəmiyyətini bürüyən problemlərin meydana gəlməsində hakim qüvvələrin oynadığı rolu faktlarla göstərib, xarici və daxili siyasətdəki problemləri analiz edib, onlardan çıxış yollarını göstərib, siyasi rəhbərliyin insanları necə aldatdığını konkret misallarla sübuta yetirib (bax: Trump talks 'draining the swamp' of DC in policy speech / “Fox News”, 22 oktyabr 2016).

Respublikaçıların təmsilçisi seçicilərə ədalətə olan ehtiyacın böyük əhəmiyyət kəsb etdiyini təsdiq edə bilib. Onun “fırıldaqçılar elitası”na olan etirazı, yenilikçiliyi və şəffaflığa üstünlük verməsini Amerikanın orta təbəqəsi başa düşüb. Onu daha çox haqsızlıqlarla qarşılaşan, həyat səviyyəsi yaxşılaşmayan, işsiz qalan vətəndaşlar müdafiə ediblər. Lakin D.Tramp xaricdə də özünə tərəfdarlar tapıb.

Görünür, artıq hazırkı vəziyyətə gətirən səbəbin dünyada gedən proseslərdə ədalətin yoxluğu ilə bağlı olduğunu anlayanların sayı artır. Özlüyündə süni, maskalanmış, daxili məzmununda isə geosiyasi, iqtisadi maraqları daşıyan “liberal” dəyərlər sistemini hamıya qəbul etdirməyin perspektivsizliyini dərk edənlər indi az deyil. Müxtəlif regionlarda müşahidə edilən geosiyasi və hərbi proseslərdə bu məqam daha aydın görünür. Bir regiondakı təcavüzkara qarşı sərt olan dairələr, başqa bölgədəki işğalçıya yardımlar edirlər. Onlar ədalətə deyil, ikili standartlara arxalanırlar.

Bundan başqa, baxmayaraq ki, Versal sülh müqaviləsindən (1919) sonra beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin daxili işlərinə qarışmamaqdır, Vaşinqton isə bu fundamental prinsipə əməl etmir və yaxın müttəfiqləri ilə birlikdə beynəlxalq hüququ istədiyi kimi şərh edir və həyata keçirir. Belə olan halda bu ölkələr yeri gəldi-gəlmədi ittiham edilir, onların daxili işlərinə müdaxilə olunur və sanksiyalarla hədələnirlər. Təsadüfi deyil ki, bütün bunlar Vaşinqtonun siyasətinə qarşı etirazları artırıb. O cümlədən Donald Tramp Vaşinqtonun bu cür siyasətinə mənfi münasibətini bildirib. Ancaq maraqlı və düşündürücüdür ki, Qərbin bir sıra siyasi liderləri D.Trampı məhz bu mövqeyinə görə tənqid atəşinə tutublar. Onların sırasında Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk, Avropa Parlamentinin sədri Martin Şults, Fransa Prezidenti Fransua Olland, İtaliyanın Baş naziri Matteo Rensi, Böyük Britaniyanın xarici işlər naziri Boris Conson, Almaniya Xarici İşlər Nazirliyinin başçısı Frank-Valter Ştaynmayer, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan və başqaları var (bax: məs.: До и после избрания: что говорили о Трампе мировые лидеры / “Би-би-си”, 10 noyabr 2016). Elə prezident Barak Obamanın özü də Trampla razılaşmadığını deyib. Lakin mütəxəssislər problemin daha dərin köklərə malik olduğuna, baş verənlərin arxasında ABŞ-da siyasi sistemin qüsurlarının durduğuna inanırlar.

Görünür, ABŞ siyasətinin “seçki macəraları” hələ bitməyib. Okeanın o tayından yayılan informasiyalara görə, etiraz aksiyaları dayanmaq bilmir. Üsyan edənlər maşınları, mağaza, ofis şüşələrini sındırırlar. Lakin bu vəziyyətə dünya ölkələrinin siyasətçilərindən, qeyri-hökumət təşkilatlarından fikir bildirən gözə dəymir. Xatırladaq ki, Azərbaycanda 2003-cü il prezident seçkilərindən sonra yaranmış vəziyyətə müxtəlif ölkələr və təşkilatlar canfəşanlıqla münasibət bildirdilər. Hakimiyyət tənqid edildi, bir sıra ittihamlar irəli sürüldü. Onlar özlərini insan haqlarının müdafiəçiləri kimi aparmağa çalışdılar. Bəs indi ABŞ-dakı hadisələrdə həmin dairələrin səsi niyə çıxmır? Niyə bu hadisələrə mövqe bildirilmir?

Yuxarıda vurğulanan məqamlardan bir əsas sual meydana çıxır - bütün bunlardan sonra Donald Tramp ümidləri doğrulda biləcəkmi? Şübhəsiz, onun qarşısında böyük missiya durur. Ancaq başda ABŞ olmaqla Qərb dünyasının siyasi səhnəsində o qədər problemlər və ziddiyyətlər yığılıb ki, Amerikanın yeni prezidenti üçün onları həll etmək asan olmayacaq. Xüsusilə ədalətin olmadığı, ikili standartların hökm sürdüyü bir yerdə xeyirli işlər görmək çox çətindir. Zaman göstərəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO