ANKARADA ABŞ VƏ TÜRKİYƏ HÖKUMƏTLƏRİ NABUKKO LAYİHƏSİNİ MÜZAKİRƏ ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 11-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan ABŞ-ın Avrasiya enerjisi məsələləri üzrə xüsusi elçisi Bayden Qreyi qəbul etmişdir.
Mətbuat üçün qapalı keçən görüşdən sonra jurnalistlərə müsahibə verən ABŞ rəsmisi bildirmişdir ki, Xəzər dənizi karbohidrogen ehtiyatlarının Türkiyə ərazisindən Avropaya nəqli əsas müzakirə mövzusu olmuşdur. Xüsusilə, Nabukko layihəsinin tezliklə həyata keçirilməsi üçün görüləcək birgə tədbirlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Türkiyənin Baş naziri ilə müzakirələrin olduqca səmərəli keçdiyini diqqətə çatdıran Bayden Qrey onu da əlavə etmişdir ki, strateji müttəfiqlər olan Türkiyə və ABŞ üçün enerji sahəsində tərəfdaşlıq mühüm yer tutur.
Daha sonra Bayden Qrey Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülərlə görüşmüşdür. Tərəflərin yaxın vaxtlarda Nabukko layihəsinə dair imzalanacaq sənədin detallarını ətraflı müzakirə etdikləri bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]