Ankarada Rəşad Məcidin kitabının imza günü keçirilib
Ankara, 12 fevral, AZƏRTAC
Ankarada tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin “Bir daha gəlməyəcək” şeirlər kitabının imza günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Avrasiya Yazıçılar Birliyinin təşkilatçılığı ilə reallaşan imza günündə bu qurumun sədri Yaqub Öməroğlu, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) rəsmi təmsilçisi Elçin Qafarlı, Qırğızıstanın Xalq şairi və TÜRKSOY-dakı nümayəndəsi Kojogeldi Kuluyev, tanınmış Azərbaycan şair Vaqif Bəhmənli və Türkiyə ədəbiyyatının tanınmış simaları iştirak ediblər.
Oxuculara hədiyyə olunan kitab Avrasiya Yazıçılar Birliyinin “Bengü” nəşriyyatı tərəfindən çap olunub. Kitabda şairin 250-dən artıq şeiri yer alıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]