Antalyada Türkiyə və Rusiya nümayəndə heyətlərinin iclası keçirilib
Antalya, 29 mart, AZƏRTAC
Antalya şəhərində Türkiyə və Rusiya arasındakı birgə strateji planlaşdırma qrupunun 7-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda iştirak edən nümayəndə heyətlərinə Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov rəhbərlik ediblər.
İclasdan sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. İkitərəfli münasibətlərin inkişaf dinamikası, o cümlədən ticarət və viza sahələrində əldə olunan razılaşmalar yüksək dəyərləndirilib.
Qeyd edək ki, Antalya görüşü Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin iştirakı ilə aprelin 8-də Moskvada keçirilməsi nəzərdə tutulan Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının iclasına hazırlıq məqsədi daşıyır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]