Antinarkotik təbliğat işi gücləndirilir
Bakı, 3 sentyabr, AZƏRTAC
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 2 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirmə tədbiri təşkil olunub.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Respublika Narkoloji Mərkəzin nümayəndələri iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından danışılıb. Eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında müzakirələr aparılıb, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni zəruri təbliğat materialları iştirakçılara paylanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [14:01]
Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO
- 03.09.2026 [13:45]
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirilib
- 03.09.2026 [13:25]
Çin humanitar minatəmizləmə sahəsində Azərbaycana dəstəyini davam etdirəcək
- 03.09.2026 [12:56]