Antverpendə dağıntılar altında qalan dördüncü adamın cəsədi tapılıb
Brüssel, 5 sentyabr, AZƏRTAC
Dünən Antverpen şəhərinin Vilriyke rayonunda baş verən partlayışdan sonra itkin düşən dördüncü adamın cəsədi evin dağıntıları altından tapılıb. Digər üç zərərçəkən xəstəxanada müalicə olunur. Həlak olanlardan sonuncusu 87 yaşlı qadın olub. Qəza xidmətləri onu bütün gecə dağıntılar altında axtarıblar.
AZƏRTAC Belçika KİV-lərinə istinadla xəbər verir ki, dünən baş verən qaz partlayışı Antverpenin bu hissəsində iki yaşayış evini tamamilə dağıdıb. Digər üç evə ciddi zərər dəyib. 76 və 57 yaşlı iki kişi və 47 yaşlı qadın dağıntılar altından sağ çıxarılıb. Xilasedicilər dördüncü adamı xidməti itlərin köməyi ilə axtarıb və qadını ölü vəziyyətində tapıblar.
Hüquq-mühafizə orqanları fövqəladə halın başvermə səbəbi ilə bağlı təhqiqata başlayıblar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]