REGİONLAR
AQROTEXSERVİSLƏR TORPAQ MÜLKİYYƏTÇİLƏRİNİN YAXIN KÖMƏKÇİSİNƏ ÇEVRİLİR
İsmayıllı rayonunun Talıstan, Kəlbənd və Qubaxəlilli kəndlərində yaradılmış aqrotexservislər yaz tarla işlərində fermerlərə lazımi köməklik göstərirlər.
Rayon dövlət texniki nəzarət müfəttişliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, aqrotexservislərdə ümumilikdə 23 ədəd özüyeriyən kənd təsərrüfatı texnikası, 26 ədəd asma və qoşulan alətlər vardır. Bunlar Aqrolizinq xətti ilə gətirilmiş yüksək texniki göstəriciyə və iş əmsalına malik maşın və mexanizmlərdir. Bu cür texnikaya isə təbii ki, tələbat böyükdür.
Hazırda rayonun digər ərazilərində, o cümlədən ucqar dağ kəndlərində də aqrotexservislərin təşkili istiqamətində tədbirlər görülür.