AQTA: Heyvanların identifikasiyası xəstəliklərə nəzarətin gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı prosesindən bəhs olunur.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, materialda heyvanların fərdi qaydada identifikasiya edilməsi, məlumatlarının "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" İnformasiya Sisteminə daxil olunması və bu prosesin baytarlıq nəzarətində rolu əyani şəkildə nümayiş etdirilir.
Buraxılışda vurğulanır ki, heyvanların identifikasiyası xəstəliklərə nəzarətin gücləndirilməsi, peyvəndləmə, həmçinin heyvanmənşəli məhsulların “fermadan süfrəyə” prinsipi üzrə izlənə bilməsinin təmin olunması üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, identifikasiya sisteminin heyvanların daşınması, qeydiyyatı və mənşəyinin müəyyənləşdirilməsi proseslərində yaratdığı imkanlar barədə məlumat verilir.
Daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.