Aral dənizinin quruyan hissəsində şirin su mənbələri tapılıb
Daşkənd, 7 fevral, АZƏRTAC
Aral dənizinin quruyan hissəsində -“Vozrojdeniya” adasında şirin su mənbələri tapılıb.
AZƏRTAC xəbər verir ki, şirin su Cənubi Aral dənizi hövzəsində 260-280 metr dərinlikdə aşkar olunub.
Burada işləyən Hidrogeoloji ekspedisiyanın rəhbəri Şavkat Olimov bildirib ki, dərinlikdən saniyədə 7 litr şirin su çıxır. Artıq içməli su Qaraqalpaq vilayətinin Çimbay, Taxtakupir və Karauzak rayonlarına çəkilib.
Məlum olduğu kimi Qaraqalpaqstanda şirin su mənbələri çox azdır və bu, vilayətdəki ağır ekoloji vəziyyəti yaxşılaşdıracaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbir
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]