Araşdırma: sosial mediada yalan xəbərlər daha sürətlə yayılır
Bakı, 10 mart, AZƏRTAC
“Twitter” sosial şəbəkəsi və Massaçusets Texnologiya İnstitutu xəbərlərin yayılması ilə bağlı geniş miqyaslı tədqiqat aparıblar.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqat çərçivəsində 2006-2017-ci illərdə “Twitter” sosial şəbəkəsində yer alan yüz minlərlə xəbər araşdırılıb.
“Journal of Science” jurnalında dərc olunan araşdırmanın nəticələri həmin müddət ərzində 126 min yalan informasiyanın təxminən 3 milyon nəfər tərəfindən yayıldığını və yalan informasiyanın istifadəçilər tərəfindən paylaşma ehtimalının 70 faiz yüksək olduğunu göstərib.
Bundan başqa, doğru xəbərlərin 1500 nəfərə çatma sürətinin yalan xəbərdən 6 dəfə daha ləng olduğu müəyyən edilib. Mütəxəssislər bunun səbəbini yalan xəbərlərin “daha fantastik və şokedici olması” ilə əlaqələndirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]