ARIQLAMAQ ÜÇÜN SƏHƏR DOYUNCA YEMƏK LAZIMDIR
AZƏRTAC xəbər verir ki, arıqlamaq üçün səhər yeməyini azaltmaq haqqında fikri Amerika alim-diyetoloqlarının ən yeni tədqiqatları təkzib etmişdir. Virciniya Universitetinin professoru xanım Deniela Yakuboviç bildirmişdir ki, səhər doyunca yemək orqanizmdə tarazlaşdırılmış maddələr mübadiləsinin qorunub saxlanmasına müsbət təsir göstərir və bütün qidalanma prosesinin sabitləşməsi hesabına çəkinin azalması üçün şərait yaradır.
Professor Yakuboviç hesab edir ki, səhər doyunca yemək bütün gün ərzində “sağlam qidalanmanın” xüsusi sxeminin təməlini qoyur və bu zaman orqanizm “rahatlıq hiss edir” və mədənin təcili doldurulmasına ehtiyac qalmır.
Öz növbəsində, karbohidratların miqdarı məhdud olan səhər yeməyi metabolizmi yalnız qısa müddətə yubadır. Lakin sonra orqanizm normal qidalanmada çatışmazlıq hiss edərək, çox vacib elementlərin kəmliyini aclıq hissinin güclənməsi və əlavə piy yığınlarının yaranması hesabına doldurur. Nəticədə insan əlavə çəki “yığmağa” başlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]