Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arterial təzyiqi normaya salmaq yolları

Arterial təzyiqi normaya salmaq yolları

Bakı, 5 mart, AZƏRTAC

Hipertoniya xəstəliyi damar tonusunun sinir-funksional pozğunluğu ilə əlaqədar arterial təzyiqin 140/90 mm civə sütunundan yüksək olmasıdır. Hipertoniya xəstəliyinə kişi və qadınlar arasında eyni dərəcədə və əsasən 40 yaşdan sonra rast gəlinir. Onu “ömrün payız çağının xəstəliyi” hesab edirlər. Lakin buna baxmayaraq hipertoniya son onilliklərdə bir qədər cavanlaşıb. Hipertoniyanın yaranma risklərinə sinir-psixi yüklənmələr, emosional gərginlik, uzunmüddətli stress, irsiyyət, azhərəkətlilik, piylənmə, alkoqol, siqaret və duzlu qidalardan istifadə daxildir.

Hipertoniklər qidalanmaya da ciddi fikir verməlidirlər. C vitamini, kalsium və maqneziumla zəngin olan ərik, üzüm, alma, qarağat, əncir və s. meyvələri, kartof, lobya, xiyar, pomidor, kələm, yaşıl noxud, soya, qırmızı turp, yaşıl soğan və s. tərəvəzlər, kəsmik, süd məhsulları, yumurtanın ağı, yarma və qaynadılmış mal əti ilə daha çox qidalanmalı, yağlı qidalar, gün ərzində yarım çay qaşığından artıq xörək duzu, kremli şirniyyatlar, təzə çörək, tünd çay, kofe, kakao, şokolad, spirtli içkilər, konservlər, ədviyyatlar qəbul etməməlidirlər. Şəkər, duz, mürəbbə, bal, konfet, kərə yağı, yağlı xama qəbulu məhdudlaşdırılmalı, qidalanma rejimi gündə 4-5 dəfə olmalıdır.

AZƏRTAC bir sıra xalq təbabəti reseptlərindən istifadə etməklə qan təzyiqini normaya salmaq üsullarını verir.

1 xörək qaşığı bal 1 stəkan mineral suda həll edilərək üzərinə yarım limon şirəsi əlavə olunur. Prosedur 7-10 gün aparılır və müalicə müddətində bir həftə acqarına içilir.

2 stəkan quşüzümü giləmeyvələri 3 xörək qaşığı şəkər kirşanı ilə ovulur, qarışıq hər gün yeməkdən 1 saat əvvəl gündə bir dəfə yeyilir.

Hər gün 1 stəkan quşüzümü yeyilir və su ilə qarışdırılmış şəkildə 5-10 damcı yemişan çiçəklərinin spirtli çıxarışı qəbul edilir.

4 stəkan çuğundur şirəsi, 4 stəkan bal, 100 qram bataqlıq qurucası və 500 qram araq qarışdırılaraq 10 gün ağzı bağlı halda qaranlıq və sərin yerdə saxlanılır. Süzüləndən sonra bir qaba yığılır və gündə üç dəfə yeməkdən 30 dəqiqə əvvəl 1-2 xörək qaşığı qəbul edilir.

Hərəsindən 1 stəkan olmaqla çuğundur və kök şirəsi, 250 qram bal və 100 qram araq qarışdırılır, qarışıqdan 1 xörək qaşığı gündə üç dəfə qəbul edilir.

3 kiloqram soğan şirəsi çıxarılıb üzərinə 500 qram bal, 25 qram qoz arakəsməsi və yarım litr araq əlavə edilir. 10 gün saxlanılandan sonra gündə 2-3 dəfə 1 xörək qaşığı qəbul edilir.

10 qram basınağacı meyvələrinin üzərinə 1 stəkan qaynar su əlavə edilib 15 dəqiqə ağzı bağlı şəkildə qaynar su hamamında saxlanılır. Su hamamından çıxarılandan sonra 45 dəqiqə soyudulur, süzülür və gündə 3-4 dəfə üçdəbir stəkan qəbul edilir. Alınan dəmləmə 2 gün saxlanıla bilər.

Davamlı olaraq gündə üç dəfə 20-40 damcı gülümbahar çiçəyinin spirtli çıxarışını qəbul etmək qan təzyiqini normallaşdırır, eyni zamanda, baş ağrıları azalır, yuxu tənzimlənir və həyat tonusu artır.

100 qram tumsuz üzüm gilələri ət maşınından keçirilərək üzərinə 1 stəkan soyuq su əlavə edilir, 10 dəqiqə zəif ocaqda bişirilir. Qarışıq süzüləndən sonra alınan maye soyudulur və hamısı bütün gün ərzində qəbul edilir.

2 həftə yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə üçdəbir stəkan quşarmudu meyvəsinin şirəsi qəbul edilir.

1 kiloqram quşarmudu meyvəsi yuyulub qurudulandan sonra 700 qram şəkər tozu ilə ovulur və gündə iki dəfə 75-100 qram yeyilir.

Qara qarağat şirəsi və ya giləmeyvələrinin dəmləməsi gündə 3-4 dəfə 1-4 stəkan qəbul edilir.

Bərabər miqdarda qarışdırılmış damotu otu, bataqlıq qurucası, yemişan çiçəkləri və öksəotu qarışdırılır, qarışıqdan 1 stəkanın üzərinə 1 stəkan qaynar su əlavə edilərək dəmlənir. Dəmləmə gündə üç dəfə yeməkdən yarım saat əvvəl 100 ml qəbul edilir.

Limon və ya portağalın tumları çıxarılandan sonra qabıqlı şəkildə əzilib püre halına salınır və zövqə görə şəkər tozu əlavə edilərək gündə üç dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir.

1 stəkan xırdalanmış sarımsaq yarım litr arağın içərisində qaranlıq və isti yerdə saxlanılır, alınmış çıxarışdan 1 xörək qaşığı gündə üç dəfə yeməkdən əvvəl qəbul edilir.

3 ədəd baş sarımsaq və 3 ədəd limon ət maşınından keçirilib 1,25 litr qaynar suda dəmlənilir, ağzı sıx bağlanılır, vaxtaşırı qarışdırılaraq 1 sutka isti yerdə saxlanılır. Süzüləndən sonra yeməkdən yarım saat əvvəl gündə 2-3 dəfə 1 xörək qaşığı qəbul edilir.

Hipertoniya və ateroskleroz zamanı 2 ədəd iri baş sarımsaq xırdalanaraq üzərinə 250 ml araq əlavə edilir, 12 gün saxlayandan sonra gündə üç dəfə 20 damcı qəbul edilir. Dadını yaxşılaşdırmaq üçün üzərinə nanə cövhəri də əlavə etmək olar. Qəbul müddəti 3 həftədir.

Çay qaşığında 3 damcı aloe şirəsi qaynadılmış soyuq su ilə qarışdırılır və 2 ay gündə bir dəfə acqarına qəbul edilir.

20 qram xırdalanmış lobya qınının üzərinə 1 litr su əlavə edilib 3-4 saat su hamamında qaynadılır, soyudulub süzüləndən sonra gündə 4-5 dəfə yarım stəkan qəbul edilir.

10 qram bədrəncotu yarpağı, 20 qram qarğıdalı saçağı və yarım litr qaynar su minalı qabda qarışdırılır, 20 dəqiqə su hamamında saxlanılandan sonra süzülür, soyudulur və üzərinə 1 limonun şirəsi əlavə edilir, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl yarım stəkan içilir. Bir həftə qəbul ediləndən sonra 1 həftə fasilə verilərək yenidən başlanılır və 3 kurs müalicə aparılır.

Şahtərə otu nanə yarpağı ilə birlikdə 10 dəqiqə suda qaynadılır, əldə edilən maye süzülərək bir qaba boşaldılır, hazır mayenin yarım fincanı su ilə qarışdırılaraq içilir.

Yaşıl cirə yarpaqları sarımsaqla birlikdə möhkəm döyülərək əzilir, alınan qarışıq 15 dəqiqə qaynadılandan sonra süzülür, alınan maye bir qaba boşaldılır və soyudulur, bir stəkan suya yarım fincan qarışdırılaraq içilir.

Su ilə bərabər nisbətdə qarışdırılmış sirkədə corablar isladılır və gecə yatağa girməzdən əvvəl ayağa geyinilir, ayaqlar bərk bürünülür.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Müstəqillik Günü münasibətilə Daşkənddə rəsmi qəbul təşkil edilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

Berlində fəaliyyət göstərən türk icmasının üzvləri Qurban bayramını birlikdə qeyd ediblər

Qazaxıstanda dəmir yolunda baqajın rəqəmsal rəsmiləşdirilməsi sistemi sınaqdan keçirilir

Naxçıvanda “Şam işığında retro” adlı gecə

Qazaxıstanın Kostanay şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa

Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır

Son 10 ildə ölkəmizdə gülçülük yenidən inkişaf etməyə başlayıb - RƏY

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır

Tallində Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci, Azərbaycan icmasının 38-ci ildönümü qeyd olunub

Prezidentin Qarabağa səfəri “Böyük Qayıdış” Proqramının uğurla davam etdirildiyini göstərir - ekspert rəyi

Birinci Qax Kitab Sərgisi başlayıb

Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə

Assosiasiya sədri: Meyvə-tərəvəz və istixana sektorunun inkişafı ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

“Kəpəz” baş məşqçisi ilə yollarını ayırıb

“Liverpul”un baş məşqçisi istefaya göndərilib

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

Çempionlar Liqasının finalı öncəsi Budapeştdə bir neçə insident qeydə alınıb

Azərbaycan atleti Avropanın Kiçik Ölkələrinin Çempionatında bürünc medal qazanıb

Premyer Liqa klubu ukraynalı futbolçu ilə yollarını ayırıb

Bu gün Qarabağ və Şərqi Zəngəzur şəhərsalmanın müasir, təkmil təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir - ŞƏRH

Ərik diyarı Samux festival ab-havasına bürünəcək

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

Münxen aeroportu dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb

Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

ETX məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

Gürcüstanda QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan neftinin qiyməti 98 dollar olub

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Rusiya Ermənistandakı səfirini geri çağırıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını 5 qələbə ilə başa vurub

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

Qəbələ və Oğuz rayonlarında təbii fəlakətin fəsadları aradan qaldırılır

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

Pit Heqset: ABŞ bir sıra silah növlərinin istehsalını artıracaq

Litvanın müdafiə naziri Belarusdan gələn hava şarlarını ölkəsi üçün təhlükə adlandırıb

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub

Sındırqıda yenidən zəlzələ olub

Ağ Ev: Prezident Tramp ABŞ-nin xeyrinə olan bir razılaşma əldə edəcək

Dünyanın ən böyük qızıl ehtiyatına malik ölkələr – SİYAHI

Böyük Britaniyanın hərbi təyyarələri Rumıniya səmasında

İsrail ordusunun Livana son hücumları nəticəsində 11 nəfər həlak olub

İran yığması FIFA-dan cavab gözləyir

Kaluqa və Tambov hava limanlarında məhdudiyyətlər tətbiq olunub

Rubio: ABŞ Türkmənistanın təbii qaz ixracının Trans-Xəzər marşrutları vasitəsilə şaxələndirilməsinə dəstək verir

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

Türkiyənin bir neçə əyalətində sel, torpaq sürüşmələri baş verib

Beynəlxalq maliyyə qurumları Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

Rumıniya hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı NATO-ya müraciət edib

Çinin “Şencou-21” missiyasının astronavtları Yerə qayıdıblar VİDEO

Bakıda və Abşeron yarımadasında dolu yağması ehtimal edilir

Hazırda müşahidə olunan hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib VİDEO

Hazırda müşahidə olunan hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib VİDEO

Strasburqda Müstəqillik Günü münasibətilə ziyafət təşkil olunub

Müstəqillik Günü San-Pauloda xüsusi işıq proyeksiyası və vizual nümayişlə qeyd olunub

Vladimir Putin: Ukraynadakı vəziyyət döyüş meydanında müəyyənləşir

Tələbə: WUF13 mənə şəhərlərin inkişafına dair daha fərqli yanaşma qazandırdı

Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxışına münasibət bildirib

Azərbaycanın Müstəqillik Günü Brüsseldə qeyd edilib

2026–2030 Dövlət Proqramı islahat paketi kimi qiymətləndirilməlidir - ŞƏRH

Subsidiyadan məhsuldarlığa: Kənd təsərrüfatında yeni hədəflər VİDEO

Subsidiyadan məhsuldarlığa: Kənd təsərrüfatında yeni hədəflər VİDEO

BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

Müstəqillik Günündə Qarabağa səfər dövlət-xalq birliyinin ən parlaq nümunəsidir - ŞƏRH

Xankəndidə çay və qəhvə festivalı VİDEO

Xankəndidə çay və qəhvə festivalı VİDEO

Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO

Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO

Bu saata olan əsas xəbərlər

Almaniya Kansleri: Biz NATO ərazisini müdafiə etməyə hazırıq

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub VİDEO

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub VİDEO

Kolumbiya radiosunda 28 May – Müstəqillik Gününün əhəmiyyətindən bəhs olunub

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisi pley-offa yüksəlib

İsveç cinayətkarlıqla mədəniyyət kontekstində mübarizə aparmaq niyyətindədir

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

Sənət, ruh və rənglərin harmoniyası: samuxlu rəssamın yaradıcılıq dünyası

Azərbaycan teatrı Kişineuda beynəlxalq festivalda təmsil olunub

“Tengiz” yatağındakı qəzanın təhlükə yaratmadığı bildirilib

Yağışlı hava ilə bağlı sürücülərə müraciət olunub

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək VİDEO

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək VİDEO

Aqrar sektorda yeni mərhələ: Dövlət Proqramı hansı dəyişiklikləri vəd edir?

Havanın temperaturu 3-6 dərəcə enəcək- XƏBƏRDARLIQ

Rumıniya Rusiya konsulluğunu bağlayır

Nazirlik: 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılması nəzərdə tutulur

® Azərbaycan qlobal mərkəz və gələcəyin körpüsü

Türkiyədə Şengen viza sistemindən narazılıq artır

“Karvan-Yevlax” klubu baş məşqçi Füzuli Məmmədovla yollarını ayırıb