SİYASƏT
“Artur Filkenşteyn və Assosiasiya” 1053 məntəqədə “exit-poll” keçirib
Bakı, 1 noyabr, AZƏRTAC
ABŞ-ın “Artur Filkenşteyn və Assosiasiya” şirkəti və "Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası” noyabrın 1-də birgə keçirdikləri “exit-poll”un nəticələrini açıqlayıblar.
AZƏRTAC xəbər verir ki, şirkətin təmsilçisi Corc Brimbaun Milli Məclisə seçkilərdə 118 dairə üzrə 1053 məntəqədə “exit-poll” keçirdiklərini söyləyib. O bildirib ki, “exit-poll”un keçirilməsinə 2 min əməkdaş cəlb olunub. Yeddi minə yaxın sorğu baş tutub. Nəticələrə əsasən birincilik qazananlardan 65-i Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir. Qalan dairələrdən 48-də müstəqil namizədlər, digərlərində isə müxtəlif partiyaların üzvləri üstünlük qazanıblar. Yeni Azərbaycan Partiyası 74 faiz səs göstəricisi ilə öndədir.