ELM VƏ TƏHSİL
Arxeologiya, etnoqrafiya və antropologiya ixtisasları üzrə elmi şuranın ilk iclası olub
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının arxeologiya, etnoqrafiya və antropologiya ixtisasları üzrə elmi şurası ilk iclasını keçirilib.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, şuranın sədri, professor Nəcəf Müseyibli iclas iştirakçılarına yeni yaradılmış bu qurumun əsasnaməsi, hüquqları, vəzifələri və fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, 2019-cu il sentyabrın 25-də AMEA Rəyasət Heyətinin qərarı ilə ixtisaslar üzrə elmi şuralar, o cümlədən arxeologiya, etnoqrafiya və antropologiya ixtisasları üzrə elmi şuranın tərkibi təsdiq olunub.
İclasda müzakirəyə çıxarılan beş dissertasiya mövzusundan 3-nün təsdiq üçün Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasına müraciət olunması barədə qərar qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]