Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arye Qut: “Nə azərbaycanlılar yəhudilərə, nə də yəhudilər azərbaycanlılara heç vaxt xəyanət etməyiblər”

Arye Qut: “Nə azərbaycanlılar yəhudilərə, nə də yəhudilər azərbaycanlılara heç vaxt xəyanət etməyiblər”

Bakı, 28 yanvar, AZƏRTAC 

BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.

Xəbər verdiyimiz kimi, bununla əlaqədar yanvarın 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə bu ali məktəbdə “Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Məhsəti Əliyeva, ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuper, İsrailin Azərbaycandakı səfirinin müavini Amir Rom, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadi Zelmanoviç iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut “dəyirmi masa”da çıxış edib. O bildirib ki, Holokost yəhudi xalqının yaddaşından silinməyən dəhşətli faciədir. İsrailli ekspert deyib: “Bu, vəhşiləşmiş və azğınlaşmış faşist rejimi tərəfindən yəhudi xalqının alçaldılması, kütləvi surətdə məhv edilməsidir. Mən ilk dəfə bu barədə həmin qırğında bütün ailəsini və qohumlarını itirmiş babamdan eşitmişəm. O, sovet ordusu sıralarında Kiyevdən Berlinə qədər döyüş yolu keçib. Avropa yəhudilərinin faciəsi olan Holokost nəticəsində 6 milyon yəhudi məhv edilib. İkinci Dünya müharibəsinin sonunda nasistlər hətta ölüm düşərgələrinin izlərini yox ediblər, sovet ordusunun gəldiyi ərəfədə artıq basdırılmış insan qalıqlarının çıxarılması və ya məhv edilməsi haqqında şəhadətlər var”.

Arye Qutun sözlərinə görə, Yerusəlimdə “Yad va-Şem” Milli Memorial Faciə və Qəhrəmanlıq Muzeyində təxminən 4 milyon faciə qurbanının şəxsi sənədləri saxlanılır. O deyib: “Məlumatların yarımçıq olması onunla bağlıdır ki, yəhudi icmalarını çox vaxt tamamilə məhv edirdilər. Öldürülənlərin adlarını deyə biləcək qohum, tanış, dost qalmırdı. Müharibə insanları pərən-pərən salmışdı və sağ qalanlar yaxınları ilə görüşəcəklərinə ümid edərək onlar haqqında həyatlarını itirmiş kimi danışmaqdan çəkinirdilər. Qurbanlar sırasında nəyə görə məhz yəhudiləri göstərmək lazımdır - axı nasistlər bir çox xalqın nümayəndələrini də öldürüblər?! Bu barədə Nobel mükafatı laureatı, Osvensim nasist həbs düşərgəsinin dustağı Eli Vizel çox dəqiq deyib: “Qurbanların hamısı yəhudi deyildi, lakin bütün yəhudilər nasistlərin qurbanı olublar”.

Eli Vizelin “Gecə” - Osvensim haqqında yəhudi oğlanın xatirələri kitabından sitat gətirmək istəyirəm: “Bütün həyatımı silinməz möhürlə uzun bir gecəyə çevirən ilk düşərgə gecəsini heç vaxt unutmaram. Bu tüstünü heç vaxt unutmaram... Vücudları gözlərimin qabağında aydın səma altında tüstü burulğanına çevrilən uşaqların simasını heç vaxt unutmaram. İnamımı külə çevirən bu alovu heç vaxt unutmaram. Mənim iradəmi qıran bu gecənin sakitliyini heç vaxt unutmaram. Hətta əbədi yaşamağa məhkum olsam belə, bunu unutmaram”.

İsrail eksperti qeyd edib ki, yəhudilərin kütləvi qırğını Almaniya bürokratiyası tərəfindən “yəhudi məsələsinin birdəfəlik həlli” şifrələnmişdi. Avropa yəhudiləri gettoda, həbs düşərgələrində, “ölüm marşı” zamanı və kütləvi güllələnmə nəticəsində qırılırdılar.

Arye Qut deyib: “Nə üçün minlərlə insanın kütləvi qırğını və öldürülməsi XX əsrin sonu və XXI əsrin əvvəlində bütün problemləri özünə çəkərək toqquşmaların, o cümlədən dini, mənəvi, siyasi qarşıdurmaların əsasında durur? Holokost mənim xalqımın faciəsidir, uzun müddət yasaq mövzu olmuş faciədir. Məhz buna görə də azərbaycanlılara qarşı törədilmiş qanlı Xocalı soyqırımı da mənim şəxsi ağrım və şəxsi faciəmdir. Elə coğrafi adlar var ki, xəritədəki nöqtədən olduqca böyük məna kəsb edir. Bu, qəddarlığın və vəhşiliyin rəmzinə çevrilən Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmi kimi kənd və şəhərlərdir. Keçən əsrin 90-cı illərinin sonunda bu siyahıya Azərbaycanın Xocalı şəhəri də əlavə edildi. Bu faciə bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Artıq bu bir tarixi faktdır ki, erməni silahlı qüvvələri və dəstələri şəhəri və onun ətrafını tərk etməyə macal tapmayan heç bir Xocalı sakininə aman verməyiblər. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir götürülüb, görünməmiş əzablara, təhqirlərə və alçaltmalara məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisinin qəsdən, kütləvi məhv edilməsinin yeganə səbəbi bu idi ki, onların hamısı azərbaycanlılar idi. Mənə deyin görək, XXI əsrin erməni faşistləri XX əsrin 40-cı illərinin alman faşistlərindən nə ilə fərqlənir?

Günahsız uşaqlara, qadınlara və qocalara qarşı törədilən bu vəhşiliyi heç nə ilə izah etmək olmaz. Dünya bilməlidir ki, cinayət təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Seyran Ohanyan, Serj Sarkisyan, sabiq prezident Robert Koçaryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Bu faktdır ki, Ermənistanda Dro və Njdeyə böyük pərəstiş yaranıb. Onların şərəfinə xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir, Ermənistan paytaxtında isə Qaregin Njdenin adını daşıyan meydan var. Qeyd edək ki, pərəstiş hər hansı kənar siyasi qruplaşmaların qüvvəsi ilə həyata keçirilmir, bunun arxasında dövlət durur. İş o yerə çatıb ki, Ermənistanda KTMT Akademiyası yaradıldıqdan sonra Ermənistan Müdafiə Nazirliyinin Drastamat Kanayan adına Milli Strateji Tədqiqatlar İnstitutu yeni qurumla əməkdaşlıq etmək istədiyini bildirib. Düşünürəm, Ermənistan Müdafiə Nazirliyi yanında Milli Strateji Tədqiqatlar İnstitutuna 30 mindən çox yəhudini qırmış bir faşistin və antisemitin adının verilməsi artıq son həddir”.

Arye Qut sonda deyib: “Bu gün biz Holokost qurbanlarının xatirəsini ananda, nasizmi məğlub edən müttəfiq dövlətləri və həyatı bahasına başqalarını xilas edən insanları da xatırlayırıq. Biz antisemitizmin dirçəlişi hallarına ötəri yanaşmamalı və onun yeni formalarına qarşı fəaliyyət göstərməyə hazır olmalıyıq. Bu öhdəliyi biz təkcə yəhudi xalqı deyil, oxşar taleyi yaşamaq təhlükəsi ilə üzləşən digər xalqların qarşısında da daşıyırıq. Bu gün dünya ictimaiyyəti Holokostu xatırlayır, lakin ən dəhşətli hadisələr digər ölkələrə tolerantlıq dərsi keçən, özündə isə antisemitizmin və ksenofobiyanın tüğyan etdiyi Avropada törədilir. Bəzi ölkələrdə isə Holokost haqqında karikatura müsabiqələri keçirilir. Təəssüf ki, onların hər birinin nifrət və siyasi mənafe ilə dolu öz aləmi var. Lakin biz bu gün burada - müstəqil və dünyəvi dövlət olan, multikulturalizmin hər kəsin həyat tərzi olduğu Azərbaycanda, Bakı Slavyan Universitetində bu zalım dünyaya bir daha sübut edirik ki, Avropa yəhudiliyinin kədəri və faciəsi təkcə yəhudi xalqının kədəri deyil, həm də Azərbaycan xalqının kədəridir. Çünki yəhudilər Azərbaycan ərazisində bu gün deyil, qədim zamanlardan yaşayır və özlərini heç vaxt əcnəbi kimi hiss etməyiblər, onlara burada yad münasibət bəslənməyib. Qürur hissi ilə demək istəyirəm ki, Avropanın sivilizasiyalı adlandırılan bir çox ölkə və xalqlarından fərqli olaraq nə azərbaycanlılar yəhudilərə, nə də yəhudilər azərbaycanlılara heç vaxt xəyanət etməyiblər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib