Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arzuların izi ilə: Azərbaycanlı kardioloqun iki qitəni əhatə edən ilhamverici yolu

Arzuların izi ilə: Azərbaycanlı kardioloqun iki qitəni əhatə edən ilhamverici yolu

Berlin, 13 yanvar, AZƏRTAC

Doxsanıncı illərin əvvəllərində Almaniyaya təhsil almağa gələn 17 yaşlı gəncin bu gün Avropanın tanınmış kardioloqlarından birinə çevrilməsi təsadüf deyil, ağır zəhmətin, sarsılmaz inamın və inadkarlığın bəhrəsidir. Professor Natiq Həsənov 1990-cı illərin çətinlikləri içində Köln Universitetindən başlayan, ABŞ-ın Hyuston və Kanadanın Monreal şəhərlərini əhatə edərək yenidən Almaniyada qərar tapan uzun və şərəfli elm yolundakı çətinliklər qarşısında dayanmadı, öz üzərində yorulmadan çalışdı. Ömrünü tibbin inkişafına, insanların sağlamlığına həsr edən tanınmış alim bu gün fəaliyyətini Almaniyanın İdar-Oberştayn klinikasında baş həkim kimi davam etdirir. Onun həyatı və karyerası hər bir insan, o cümlədən Azərbaycan gəncləri üçün ilham mənbəyi, həm də elmə bağlılığın insana hansı uğurların qapısını açmasını göstərən canlı hekayədir. Professorla söhbətimizdə müasir kardiologiyanın sürətli inkişafından, bu sahədə tətbiq olunan yeniliklərdən, süni intellektin tibdə rolundan, azərbaycanlı həkimlərin uğurlarından və digər mövzulardan danışdıq.

AZƏRTAC müsahibəni təqdim edir.

- Natiq doktor, istərdim söhbətimizə Almaniyada təhsil almağa gəldiyiniz illərdən başlayaq...

- 1992-ci ildə - 17 yaşım olarkən Köln şəhərinə gəldim. Orta təhsilimi burada başa vurdum və sonra universitetə qəbul oldum. Təhsilimin böyük hissəsini Köln Universitetində, bir hissəsini isə ABŞ-ın Hyuston şəhərindəki Texas Tibb Mərkəzində aldım. Sonra Köln Universitetindən iş təklifi aldım və yenidən Almaniyaya qayıtdım. Bununla da demək olar ki, mənim bütün hüquqi statusum dəyişdi. Belə ki, həmin vaxt mənə qısa müddətdə Almaniya vətəndaşlığı verildi. Ona görə də daha Amerikaya gedəsi olmadım və həmin vaxtdan burada qaldım.

Köln Universitetində işləyərkən elmi araşdırmalar üçün üç il müddətinə Kanadanın Monreal şəhərində çalışdım. 2007-ci ildə Köln Universitetinə qayıdaraq yenidən burada işləməyə başladım. Hazırda isə 2018-ci ildən etibarən İdar-Oberştayn kurort şəhərindəki klinikada baş həkim vəzifəsində çalışıram.

- Müasir tibdə əsas inkişaf istiqamətləri hansılardır və kardiologiyada son illərdə baş verən yeniliklər barədə nə deyə bilərsiniz?

- Tibdə son illər sürətli inkişaf gedir. Tibb sahəsində də ən sürətli inkişaf edən sahələrdən biri də kardiologiyadır. Bir misal deyim, 200 il əvvəl Almaniyada insanların orta ömrü 34 il olub. Mənim qaldığım şəhərdə mədənlər var. Oraya ekskursiyaya getmişdim. Mədənlərdə şaxtaçılar çox ağır iş rejimində çalışıblar. Onların demək olar ki, bütün günü orada keçib. Daim dar, alçaq mədənlərdə işlədikləri üçün onların boyları bir qədər qısa qalıb və bundan əlavə orta ömür 30 ildən çox olmayıb. Lakin buna baxmayaraq, həmin vaxt mədənçi olmaq nüfuzlu peşələrdən sayılırdı.

Hazırkı dövrdə isə Almaniyada orta ömür qadınlarda 84, kişilərdə isə 80 yaşa yaxındır. Bu, onu göstərir ki, insanların belə uzun yaşaması məhz tibbin inkişafı sayəsində mümkün olub. Həkimlər cadu və ya xurafata əsaslanan tibdən uzaqlaşıb, elmə əsaslanan tibbin tətbiqinə başladılar. Tibdə isə ən böyük inkişaflardan biri kardiologiya sahəsində müşahidə olunur. Buna misal olaraq indi standart olan ürək stimulyatorları müalicəsini göstərə bilərik. Hazırda stimulyatorlar 50 qramlıq kiçik bir cihazdır. Lakin 70 il əvvələ qədər belə bir terapiya heç yox idi. Stimulyatorların tibdə tətbiqinə 1955-ci ildə başlanılıb. Həmin vaxt onun çəkisi 100 kiloqrama çatırdı və xəstə belə ağır cihazı özü ilə daşımalı olurdu. İndi isə hətta 20-30 qramlıq stimulyatorlar var. Bu, tibbin, o cümlədən kardiologiyanın inkişafının göstəricilərindən biridir.

Bundan başqa, ürək klapanlarını göstərə bilərik, eləcə də aortal klapan. İyirmi il əvvəl bunun müalicəsi ancaq cərrahiyyə əməliyyatı ilə aparılırdı. Bir çox xəstələr yüksək risk daşıdığı üçün əməliyyat olunmurdu. İndi isə demək olar ki, bu proses yaşı 75-dən yuxarı olan xəstələrdə tamamilə kateter vasitəsilə - əməliyyatsız aparılır. Bu, təcrübəli həkim üçün təxminən yarım saatlıq, bir saatlıq prosedurdur. Amma 20 il əvvələ qədər belə xəstələrin əksəriyyətini xilas etmək mümkün olmurdu. Bütün bunlar tibbin sürətli inkişafının göstəriciləridir.

- Professor, dünyada da geniş yayılan statistikaya əsasən ölümlərin yarıdan çoxu məhz ürək-damar xəstəlikləri səbəbindən baş verir. Bəs tibbin, xüsusən də kardiologiyanın sürətli inkişafı bu nisbəti nə dərəcədə dəyişə bilər?

- Əlbəttə ki, bunun çox böyük təsiri var. İlk növbədə, proqnoz yaxşılaşır. Ürək infarktında ciddi irəliləyiş var. Almaniyanın özündə də infarktdan ölümlərin səviyyəsi təxminən 20-25 faizini təşkil edir. Amma bu rəqəmlər də müasir tibbin imkanlarına görə azalmaqdadır. Əlbəttə ki, bu inkişafın bilavasitə insanların infarktdan sağ qalıb-qalmamasına böyük təsiri var.

- Son vaxtlar digər sahələr kimi tibdə də süni intellektin tətbiqi geniş müzakirə olunur. Müasir dövrdə kardiologiyada süni intellektin tətbiqi perspektivləri barədə nə deyə bilərsiniz?

- Bildiyimiz kimi, süni intellekt texnologiyanın ən yeni və son yeniliklərindən biridir. Bu, tibdə də yenidir. Hazırda süni intellektin tibdə tətbiqinə başlanılıb. Lakin mən şəxsən süni intellektin həkimləri tam əvəz edəcəyinə inanmıram. Süni intellekt hazırda kardiologiyada, radiologiyada, - artıq elmi datalar da var - müəyyən prosedurlarda tətbiq olunanda xəstənin əməliyyat nəticəsini yaxşılaşdırır. Amma dediyim kimi, bu, hələlik kütləvi şəkildə tətbiq olunmur. Bu, tədricən baş verir. İnanıram ki, bu, gələcəkdə böyük yeniliklərə səbəb olacaq, lakin bir daha qeyd edirəm ki, insan amilini - həkimləri tam əvəz edəcəyinə şübhə ilə yanaşıram.

- Siz Azərbaycandan Almaniyaya gəlmiş ilk həkimlərdən biri, bəlkə də birincisisiniz. Bildiyiniz kimi, son illərdə Almaniyada azərbaycanlı həkimlərin sayı sürətlə artmaqdadır. Siz Azərbaycan həkimlərinin bu uğurlarını necə qiymətləndirirsiniz?

- Təbii ki, mən bunu çox müsbət hal kimi görürəm. Bir tərəfdən çox fərəhlənirəm ki, burada xeyli azərbaycanlı həkimlərimiz var. Bacarıqlı, peşəkar həkimlərimiz çoxdur. Bu, necə deyərlər, medalın bir tərəfidir. Digər tərəfdən, həkimlərimizin öz təhsillərini, peşəkarlıqlarını artırdıqdan sonra geri qayıdaraq, öz xalqımıza, ölkəmizə töhfə vermələri daha çox önəmlidir. Bu, hər birimizin arzusudur.

- Hazırda Azərbaycanda səhiyyənin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər görülür. İstərdik, bu barədə fikirlərinizi bölüşəsiniz?

- Bu barədə sözlərimə bir əhvalatı danışmaqla başlamaq istəyirəm. Hyustonda təhsil aldığım illərdə çalışdığım xəstəxananın cərrahı azərbaycanlı olduğumu biləndə əməliyyatdan sonra məni otağına dəvət etdi və söhbətə başladı. O, 1990-cı illərin əvvəllərində ölkəmizdə olduğunu və həmin vaxt bizim səhiyyəmizdə ciddi problemlərin olduğunu bildirdi. Düzdür, həmin vaxtlar ölkəmizdə çox çətin dövr idi. Buna baxmayaraq, bir azərbaycanlı kimi onun sözləri mənə çox təsir etmişdi. İndi isə çox şükür, Azərbaycanda tibb sahəsi xeyli inkişaf edib. Xəstəxanalarda olan avadanlıq hətta Almaniyadakından da geri qalmır. Çox savadlı mütəxəssislərimiz, həkimlərimiz var.

Bundan başqa, koronar stent müalicəsi bir vaxtlar Azərbaycanda yox idi. Lakin hazırda bu prosedur və ya şuntlama əməliyyatı ölkəmizdə xeyli inkişaf edib. Xüsusilə Türkiyədə təhsil almış həkimlərimiz bu prosesə böyük töhfə veriblər. Nöqsanlar, əlbəttə var. Heç Almaniyanın özündə də hər şey mükəmməl deyil. Təbii ki, müəyyən işlər üçün zaman lazımdır.

Hesab edirəm ki, bunun üçün əsas məsələlərdən biri də insanların tibbi maarifləndirilməsinin aparılmasıdır. Maarifləndirmə işinin aparılması insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına, son nəticədə daha uzun yaşamalarına gətirib çıxaracaq. Bu, nəinki pasiyentlər, həkimlər üçün də çox vacibdir. Hazırkı dövrdə həkimlərin özlərini inkişaf etdirmələri, peşəkarlıqlarını artırmaları üçün hər cür imkanlar var.

- Professor, bilirik ki, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bu sahədə prioritetlərdən biri də tibb sahəsinin inkişafıdır. Bu təhsil ilindən etibarən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayıb. Bu barədə də fikirləriniz maraqlı olardı.

- Bilirsiniz, Qarabağ problemi həmişə hər bir azərbaycanlının ən birinci məsələsi olub. Xaricdə yaşayan azərbaycanlılar bu məsələdə xüsusilə həssas olublar. Əlbəttə ki, torpaqlarımızın, o cümlədən Qarabağın azad olunması bizim üçün tarixi anlar idi. Şuşa azad olunanda həmyerlilərimizlə yığışaraq bu Qələbəni böyük sevinc hissi ilə qeyd etdik. Şəxsən mən Qarabağda universitetdə dərs deməyi, bilik və təcrübələrimi öz vətəndaşlarımızla bölüşməyi çox istərdim.

Biz görürük ki, Azərbaycan dövləti tərəfindən əsas diqqət Qarabağa yönəlib. Biz bunu tam dəstəkləyirik. Biz də azad edilən ərazilərdə görülən işlərə öz töhfəmizi verməyi arzu edirik. Mən peşəkar həkim olaraq bu prosesdə iştirak etməyi, bilik və təcrübələrimi öyrətməyi ürəkdən arzulayıram. Düzdür, burada təcrübə keçən və çalışan azərbaycanlı həkimlərə daim dəstək göstərir, bilik və təcrübələrimi onlarla bölüşürəm. Lakin əsas arzum doğma Vətənimdə bu sahədə görülən işlərə töhfə vermək, tibb üzrə təhsil alan tələbələrə dərs deməkdir.

 

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb