ASK FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurum cari ildə fəaliyyətini genişləndirir.
2008-ci il mayın 26-da Nazirlər Kabineti, AHİK və ASK arasında üçtərəfli qaydada ölkənin sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə 2008-2009-cu illər üçün baş kollektiv saziş bağlanmışdır.
Fevralın 27-də isə Vergilər Nazirliyi və ASK arasında bağlanmiş tərəfdaşlıq sazişi və “Vergi ödəyicilərinə xidmət üzrə kompyuter terminalının birgə istifadəsi haqqinda” müqaviləyə əsasən Azərbaycanın regionlarında yaradılmış kompyuter terminallarının fəaliyyətinə ictimai nəzarəti ASK-nın regional nümayəndəlikləri həyata keçirir.
Eyni zamanda, 2008-ci ildə Türkiyə, İspaniya, Almaniya, Yunanıstan və digər ölkələrdə təşkil olunan sərgi və biznes forumlarda ASK-nın təşkilatçılığı ilə 200-ə yaxın azərbaycanlı iş adamı iştirak etmişdir. İlin sonunadək keçiriləcək beynəlxalq sərgilərdə də 200-dən çox iş adamının iştirakı nəzərdə tutulur.
Ötən dövrdə ASK üzvlərinin sayı da artirmışdır. Hazırda qurumun sıralarında 3.500 sahibkarlıq subyekti birləşir.
Cari ildə ASK-nın Salyan, Zərdab və Abşeron rayon nümayəndəlikləri yaradılmış və bununla da onların sayı 36-ya çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]