AŞPA AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİNİN DEMOKRATİK KEÇİRİLƏCƏYİNƏ ÜMİDVAR OLDUĞUNU BİLDİRMİŞDİR
AŞPA-dan AZƏRTAC-a daxil olmuş mətbuat üçün açıqlamada deyilir ki, bu qurumun nümayəndələri noyabrın 6-da Azərbaycanda parlament seçkilərinin Avropa standartlarına uyğun keçiriləcəyinə və ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi sahəsində mühüm bir addım olacağına ümidvar olduqlarını bildirmişlər.
AŞPA-nın seçkiqabağı vəziyyəti izləmək üçün ölkəmizdə olan missiyası əvvəlki seçkilərlə müqayisədə hazırkı vəziyyətin daha müsbət olduğunu qeyd etmişdir. Eyni zamanda AŞPA Azərbaycan Prezidentinin 2005-ci il 11 may tarixli Sərəncamının dünya ictimaiyyəti tərəfindən müsbət qarşılandığını qeyd etmiş və seçkilərlə bağlı bir sıra tövsiyələrini vermişdir. Avropa Şurası Parlament Assambleyası Azərbaycandakı bu seçkiləri ölkəmizin demokratiya yolunda irəliləməsində mühüm bir addım kimi dəyərləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]