Aşqarlar Kimyası İnstitutu Rusiyanın elmi müəssisəsi ilə birgə tədqiqatlara başlayıb
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu beynəlxalq əlaqələrini genişləndirir. Rusiya Elmlər Akademiyası Sibir bölməsinin A.Favorski adına İrkutsk Kimya İnstitutu Aşqarlar Kimyası İnstitutunun elmi işlərinin əhəmiyyətini nəzərə alaraq bizə əməkdaşlıq təklifi göndərib.
Bunu AZƏRTAC-a açıqlamasında institutun aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev söyləyib. O deyib: “İrkutsk Kimya İnstitutunda sintez olunan yeni maddələr tədqiq olunmaq üçün institutumuza göndərilib. Biz həmin yeni birləşmələrin Aşqarlar Kimyası İnstitutunun laboratoriyalarında antioksidant aşqarlar və fizioloji fəal maddələr kimi tədqiq edirik. İlkin nəticələr əldə olunub. Nəticələrlə bağlı bir necə məqalə hazırlanıb, yaxın günlərdə dərc olunmaq üçün xarici jurnallara göndəriləcək”.
Alim bildirib ki, növbəti mərhələdə İrkutsk Kimya İnstitutu ilə təcrübə mübadiləsinin aparılması və gənc tədqiqatçıların qarşılıqlı ezamiyyətləri nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]
Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO
- 13.06.2026 [08:05]