ASTARA GÖMRÜK İDARƏSİ YENİDƏN QURULUR
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasında gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”na müvafiq olaraq, Astara Gömrük İdarəsi beynəlxalq standartlara uyğun yenidən qurulur.
Üç hektar ərazidə dördmərtəbəli inzibati bina, ikimərtəbəli qonaq evi, ikitərəfli nəzarət postu, sərnişindaşıyan nəqliyyat vasitələri üçün keçid, yüklərin saxlanması üçün anbar, su çənləri, avtomobillər üçün dayanacaq, yeməkxana və digər yardımçı binalar tikilir.
Ərazidə, həmçinin sərhəddən keçid məqsədi ilə 200 metr uzunluğunda qapalı körpünün tikintisinə başlanmışdır.
Gömrük işçilərinin istirahəti üçün hər cür şərait yaradılır.
Tikinti işlərinin bu ilin sentyabrında başa çatdırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]