İQTİSADİYYAT
Astarada “Biznes-planların və investisiya layihələrinin hazırlanması” mövzusunda treninq keçirilmişdir
Bakı, 9 aprel (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Astara şəhərində sahibkarlar üçün “Biznes-planların və investisiya layihələrinin hazırlanması” mövzusunda treninq keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, treninqdə biznes ideyanın yaradılması, tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, məhsul istehsalının, satışının və reklamın təşkili, maliyyə planının hazırlanması və s. barədə ətraflı məlumatlar verilmişdir.