Astarada karantin qaydalarını pozduqlarına görə restoran sahibi və toyun təşkilatçısı cərimələnib
Astara, 17 noyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 pandemiyasına görə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarından irəli gələn tələblərin icra olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən müvafiq tədbirlərlə Astara rayonunun Pensər kəndi ərazisində yerləşən restoranda təşkil olunan toy mərasimi zamanı karantin rejiminin pozulması halları müəyyən edilib.
Restoranın sahibi Ü.Məmmədov və toyun təşkilatçısı N.Həsənovun barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilib və onlar cərimə olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:58]
Tovuzda su kanalından kişi meyiti tapılıb
- 15.06.2026 [17:17]
Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 15.06.2026 [10:00]