ASTARADA RAYON ARIÇILAR BİRLİYİNİN TƏSİS KONFRANSI KEÇİRİLMİŞDİR
Astara, 6 fevral (AZƏRTAC). Astara rayonunda arıçılığın daha çox inkişaf etdiyi Siyəkü kəndində rayon arıçılar birliyinin təsis konfransı keçirilmişdir.
Kənd mədəniyyət evində keçirilən toplantıda Azərbaycan Arıçılar İttifaqının sədri Şamil Quliyev çıxış edərək, 2008-ci il martın 1-dən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatının məqsəd və vəzifələrindən danışmış, Milli Məclisdə ikinci və üçüncü oxunuşdan keçmiş arıçılıq haqqında Qanunun ölkəmizdə arıçılığın inkişafına geniş imkanlar açacağını bildirmiş, rayon arıçılar birliyinin nizamnamə layihəsi barədə iştirakçılara məlumat vermişdir.
Konfransda birliyin 7 nəfərdən ibarət idarə heyəti, 3 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilmişdir.
Açıq səsvermə yolu ilə Arif Nəzirov Astara rayon arıçılar birliyinin sədri seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]