SİYASƏT
ASTARADA RAYON QADINLARININ ÜÇÜNCÜ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara rayon mədəniyyət evində rayon qadınlarının üçüncü konfransı keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini, YAP Astara rayon təşkilatının sədri Natiq İbadov ictimai-siyasi və mədəni həyatda qadınların fəaliyyətini yüksək qiymətləndirmiş, təhsil, səhiyyə və mədəniyyət sahəsində işləyənlərin yarıdan çoxunun qadınlar olduğunu vurğulamışdır.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Yeganə Musazadə, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyeva, rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova və başqaları rayon qadınlarının ikinci konfransından ötən müddət ərzində görülmüş işlərdən danışmış, qadınların qayğı və problemləri ilə bağlı təkliflərini bildirmişlər.
Konfransda YAP Astara Rayon Qadınlar Şurasının və Ağbirçəklər Şurasının yeni tərkibi təsdiq edilmiş, Azərbaycan qadınlarının üçüncü qurultayına nümayəndələr seçilmişdir.