ASTARANIN HEYVANDARLIQ TƏSƏRRÜFATLARINDA QARAYARA XƏSTƏLİYİNƏ QARŞI PEYVƏND KAMPANİYASINA BAŞLANMIŞDIR
Astara, 17 yanvar (AZƏRTAC). Astara Rayon Baytarlıq İdarəsindən bildirmişlər ki, yanvarın 5-dən başlayaraq rayonun heyvandarlıq təsərrüfatlarında kəskin yoluxucu xəstəlik olan qarayaraya qarşı peyvənd kampaniyası aparılır.
Heyvandarlıqla məşğul olan fermer təsərrüfatlarında və fərdi təsərrüfatlarda mövcud 43 min 134 baş iribuynuzlu, 27 min 750 baş xırdabuynuzlu və 1.187 baş təkdırnaqlı heyvanları peyvənd etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən rayona 55 min doza vaksin daxil olmuş və həmin vaksinlər ev heyvanlarının baş sayına uyğun olaraq sahə baytarlıq məntəqələrinə paylanmışdır.
İribuynuzlu mal-qara arasında qarayara xəstəliyinə qarşı peyvənd kampaniyasının 2009-cu il martın sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]