Astaranın kivi bağlarında məhsul yığımına başlanılıb
Astara, 24 dekabr, Bağır Əliyev, AZƏRTAC
Kivi bir çox xüsusiyyətlərinə görə sitrusçuluqda sərfəli bitki hesab olunur. Qiymətinin digər sitrus növlərinə nisbətən əlverişli olması, meyvələrin gec çürüməsi, 6 aya qədər qalması və daşınma zamanı problemin az olması bu bitkinin iqtisadi baxımdan dəyərini daha da artırır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir neçə gündür Astaranın kivi bağlarında məhsul yığımına başlanılıb.
Fermerlər və məhsul istehsalçıları tələbatın və qiymətin aşağı olması səbəbindən yetişdirdikləri məhsulu bütünlüklə bazara çıxarmağa tələsmirlər.
Qiymətlərə gəldikdə isə, ötən ildən fərqli olaraq bu il bir kiloqram kivi meyvəsi 0,50-1 manat arası dəyişir.
İnsan orqanizmə faydalı olan kivinin tərkibində olan C vitamini miqdarına görə bütün sitrus meyvələri arasında birinci yeri tutur. Kivi ürək-damar sistemi üçün çox faydalıdır. Tərkibində kalium və maqnezium mikroelementlərinin olduğuna görə kivi arterial təzyiqi normallaşdırır.
Rayonda kivi yığımı fevral-mart aylarına qədər davam edəcək.
Qeyd edək ki, Astara rayonunda 100 hektara yaxın məhsuldar kivi bağları var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]