Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
Bərdə, 20 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Sentyabrın 20-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da Aşura günü ilə bağlı mərasimlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından Bərdə şəhərindəki İmamzadə ziyarətgahına gələn bərdəlilər Kərbəla şəhidlərinin xatirəsini yad edib, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən qana ehtiyacı olan xəstələrə yardım məqsədilə təşkil edilən könüllü qanvermə aksiyasında iştirak ediblər. Aksiya zamanı 118 nəfər könüllü olaraq qan verib.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Bərdə bölməsinin əməkdaşları tərəfindən toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə olunacaq.
X X X
Aşura günü ilə əlaqədar Beyləqan Rayon Mərkəzi Xəstəxanasında da qanvermə aksiyası keçirilib. Rayon sakinlərinin, dindarların iştirak etdiyi aksiyada 32 nəfər qan verib.