İDMAN
Atçılığın konkur növü üzrə Bakı çempionatında 14 idmançı iştirak edir
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə Bakı çempionatının ilk mərhələsi keçirilib. M* kateqoriyası üzrə təşkil olunan yarışda maneələrin hündürlüyü 120-125 santimetr təşkil edib.
AZƏRTAC xəbər verir ki, 14 idmançının iştirak etdiyi yarışda “David” ləqəbli atla “Sərhədçi” klubunun idmançısı Sənan Məmmədov birinci olub.
“Astrello” ləqəbli atla “Buta Qolden” klubunun idmançısı Yahor Morotski yarışı ikinci, “Francessco” ləqəbli atla “Omar” klubunun yetirməsi Ələkbər Məmmədov üçüncü pillədə başa vurublar.
Bakı çempionatına aprelin 14-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:32]
Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [15:11]
Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək
- 03.05.2024 [15:07]
Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb
- 03.05.2024 [15:00]
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
- 03.05.2024 [13:57]