ELM VƏ TƏHSİL
ATMU-da “AIESEC günü” təşkil olunub
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “AIESEC günü” adlı infostend təşkil olunub. Universitetin Karyera və kommunikasiya şöbəsi və “AIESEC Azərbaycan”ın təşkilati dəstəyi ilə baş tutan tədbirə ali təhsil müəssisəsinin tələbələri qatılıblar.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, infostendin qurulmasında başlıca məqsəd beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik, satış, marketinq, idarəetmə, maliyyə, insan resursları kimi sahələrdə diqqətçəkən bacarıqlarını üzə çıxarmaq, onların dinamik inkişafına təkan verməkdir.
Tədbir iştirakçıları marketinq menecerləri Cəmilə Neymatzadə Muhammed Mikayılov, Aytac İbrahimli, Rufət Babayev tərəfindən “AIESEC”in “Global Volunteer”, “Global Talent” və “Global Teacher” adlı təcrübə proqramları, eləcə də yerli layihələr haqqında ətraflı məlumat əldə ediblər.
Dünyanın 110-dan çox ölkə və müvafiq ərazisində fəaliyyət göstərən, sıralarında 36 mindən çox üzvü birləşdirən “AIESEC” təşkilatı planetimizin gənclər rəhbərliyindəki ən böyük təmsilçisi kimi dəyərləndirilir.