ELM VƏ TƏHSİL
ATMU-nun tələbəsi III beynəlxalq yemək yarışması və mədəniyyət festivalının qalibi olub
Bakı, 13 may, AZƏRTAC
Türkiyənin İzmir şəhərində III beynəlxalq yemək yarışması və mədəniyyət festivalı keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmiz də iştirak etmək hüququ qazanıb. Dünya xalqlarının təmsilçilərinin qatıldığı beynəlxalq tədbirdə, həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri iştirak ediblər.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, universitetin xidmət mühəndisliyi fakültəsinin qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Gülnur Nağızadə beynəlxalq festivalın qalibi olub. Münsiflər heyətinin qərarı ilə Gülnur Nağızadə beynəlxalq festivalın qızıl və gümüş medalına layiq görülüb.