“Atrabank”ın balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 16-sı saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvetməsində olan “Atrabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
ADIF-dən AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən (ü/s 58,35 kvadratmetr) 737 saylı bağ evidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 15 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küçəsi 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]