Azərbaycan Dövlət İnformasiya Agentliyi

AUDİTORLAR PALATASININ FƏALİYYƏTƏ BAŞLAMASININ 10 İLİ TAMAM OLUR

AZƏRTAC xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının 1994-cü il 16 sentyabr tarixli Qanununa uyğun olaraq, müstəqil maliyyə nəzarəti orqanı kimi yaradılmış Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 ili münasibətilə aprelin 5-də Hökumət Evinin akt zalında yubiley iclası keçirilmişdir.

Prezidentin İcra Aparatının iqtisadi siyasət şöbəsinin müdiri Mail Rəhimov Prezident İlham Əliyevin Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə qurumun kollektivi və üzvlərinə ünvanladığı təbrik məktubunu oxumuşdur.

Palatanın sədri Vahid Novruzov onların əməyinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirmiş, başçılıq etdiyi qurumun 10 il ərzində keçdiyi yoldan danışmışdır. Bildirmişdir ki, Palatanın yaradılmasından əsas məqsəd auditor xidmətinin dövlət tənzimlənməsinin təşkilini həyata keçirmək, Azərbaycan Respublikasında bu sahənin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini işləyib hazırlamaq, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini gözləmək, habelə sərbəst auditorların və auditor təşkilatlarının öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət etməkdir. Ötən dövr ərzində Auditorlar Palatası Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün 254 fiziki və 70 hüquqi şəxsə, o cümlədən 10 xarici hüquqi şəxsə lisenziya vermiş, ölkənin bütün ərazisini auditor xidməti ilə əhatə etməyə müvəffəq olmuşdur. Hazırda Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəmkir və Ağdaş şəhərlərində 46 auditor təşkilatı, Cəlilabad, Zaqatala, Ağcabədi, Beyləqan, Biləsuvar, Xanlar, Şərur rayonlarında isə 52 sərbəst auditor fəaliyyət göstərir.

Diqqətə çatdırılmışdır ki, Palatanın məqsədyönlü səyləri nəticəsində auditor xidməti göstərilməsinə dair yerinə yetirlmiş müqavilələrin sayı 20 dəfə, xidmətin həcmi isə 10 dəfə artmışdır. Sahənin normativ hüquqi bazasının yaradılması daim diqqətdə saxlanılmış, 1996-2006-cı illərdə 35 əsas və 3 köməkçi audit standartı, 50-dək təlimat, qayda və metodik göstəriş, sahəvi auditlərin aparılmasına dair 9 proqram, eləcə də “Auditorların Peşə Etikası Məcəlləsi” işlənib hazırlanmışdır.

Auditorlar Palatası müvafiq peşəkar kadrların hazırlanması sahəsində ardıcıl iş aparmış, 20-dək dərs vəsaiti, sənədlər toplusu, tədris proqramları və tematik məcmuələr nəşr etdirmişdir. Azərbaycan auditorları beynəlxalq və regional audit və mühasibatlıq qurumlarının təşkil etdiyi peşə təcrübəsinin öyrənilməsinə, təcrübə mübadiləsinə xidmət edən tədbirlərdə müntəzəm iştirak edirlər.

Qurumun təsisçiliyi ilə 2000-ci ilin iyulundan çıxan “İqtisadiyyat və audit” aylıq elmi-praktik jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrlər reyestrinə daxil edilmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatası beynəlxalq, regional və müxtəlif ölkələrin audit təşkilatları mühasibatlıq qurumları ilə sıx əlaqə saxlayır, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi sahəsində ardıcıl iş aparır. Hazırda Palata Mühasiblərin və Auditorların “Avrasiya” Beynəlxalq Regional Federasiyasının həmtəsisçisi və Şura üzvü, Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) həqiqi, Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) isə assosiativ üzvüdür. Palatanın müraciətinə əsasən, 1999-cu ildə MDB məkanında ilk dəfə olaraq respublikamızda ABŞ Daxili Auditorlar İnstitutunun “Audit-Azərbaycan” bölməsi yaradılmış və 2004-cü ildə bölmə tamhüquqlu üzv kimi Avropa Daxili Audit İnstitutları Konfederasiyasına daxil olmuşdur.

Auditorlar Palatası Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, Litva, Qazaxıstan və Latviyanın müvafiq orqanları ilə də işgüzar münasibətlər qurmuş, əməkdaşlıq barədə saziş və niyyət protokolları imzalamışdır.

Palatanın təşkilatçılığı ilə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) üzvü olan ölkələrin ali audit qurumları təşkilatının - EKOSAİ-nin İdarəetmə Şurasının iclası (1999), Mühasiblərin və Auditorların “Avrasiya” Beynəlxalq Regional Federasiyasının Şura və Komitə iclasları (2002), “Keçid iqtisadiyyatı ölkələrində auditin inkişaf problemləri” mövzusunda elmi-praktiki konfrans (2004) keçirilmişdir.

Xüsusi vurğulanmışdır ki, qurum fəaliyyət göstərdiyi illər ərzində həm ölkəmizin bazar infrastrukturları sistemində, həm də dövlət idarəetməsi və mərkəzi icra hakimiyyəti orqanları sistemində möhkəm yer tutmuş, dünyada sivil maliyyə nəzarəti forması kimi tanınan auditin Azərbaycanda bərqərar olması, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərinin müdafiəsi sahəsində öhdəsinə düşən vəzifələrin icrası istiqamətində ardıcıl iş aparır.

Nəticədə Azərbaycan cəmiyyətinin bütün təbəqələrində auditə maraq və etibar güclənmiş, auditorların dövlət əhəmiyyətli tapşırıqların icrasına cəlb olunması intensiv xarakter almışdır. 1996-2005-ci illərdə Prezidentin İcra Aparatı, Milli Məclis, Konstitusiya Məhkəməsi, Baş Prokurorluq, Ali Məhkəmə, Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri və s. səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor təşkilatları və sərbəst auditorlar tərəfindən 2000-dək yoxlama aparılmışdır. Eyni zamanda, ulu öndərimiz Heydər Əliyevin imzaladığı fərmanlara əsasən, auditor fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziyanın) verilməsi və ekoloji auditin keçirilməsi hüquqları Auditorlar Palatasına verilmişdir. 2002-ci ilin avqustunda isə respublikamızda keçirilmiş referenduma əsasən, Auditorlar Palatasının Əsasnaməsinin təsdiq edilməsi və onun rəhbərinin təyin olunması məsələlərinin həlli Prezidentin səlahiyyətlərinə aid edilmişdir. Bundan əlavə, Auditorlar Palatası dövlət başçısının 2004-cü il 3 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006)” məsul içraçılarından biri kimi müəyyən edilmişdir.

Milli Məclisin daimi komissiyalarının sədrləri - akademik Ziyad Səmədzadə və Şəmsəddin Hacıyev, vergilər nazirinin müavini Natiq Qasımov, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, Hesablama Palatası sədrinin müavini Abbas Allahverdiyev, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev və digərləri auditorları təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

Çıxışlarda xüsusi qeyd edilmişdir ki, respublikamızın sürətli iqtisadi inkişafı nəticəsində maliyyə axını həcminin artması auditorların işini çoxaltmışdır. Onlar belə vəziyyətdə maliyyə şəffaflığının təmin edilməsində mühüm rol oynayırlar.

İclasda müxtəlif dövlət orqanlarının, nazirliklərin, ictimai birliklərin, ayrı-ayrı şəxslərin yubiley münasibətilə kollektivə ünvanladığı təbrik məktubları oxunmuşdur.

Sonda yubiley iclasının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı