Avropa birinciliyi: Güləşçilərimiz daha 5 medal qazanıblar
Bakı, 18 iyun, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı sona yaxınlaşır. AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin başa çatmasına bir gün qalmış ölkəmizin hesabına daha 5 medal yazılıb. Sərbəst güləşçilər 4 qızıl və 1 bürünc medal əldə ediblər.
Finalda Vasif Bağırov (48 kq) fransalı Rasul Qalburayevə (tuşe), Camal Abbasov (55 kq) ukraynalı İliya Şketikə (tuşe), İlyas İsayev (65 kq) gürcü Qoqa Otinaşviliyə (3:0), Yusif Dursunov (110 kq) türkiyəli Taha Yakup Temelə (6:0), bürünc medal uğrunda görüşdə isə Şəmistan Axundov (80 kq) ukraynalı Pavlo Vaskovskiyə (5:4) qalib gəlib. Sabah sərbəst güləşçilər daha 5 medal qazana bilərlər.
Bu nəticələrdən sonra Azərbaycan 115 xalla komanda hesabında aşkar liderdir. Müqayisə üçün qeyd edək ki, 2-ci pillədə qərarlaşan Gürcüstanın cəmi 66 xalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]