AVROPA BİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ BAKIYA GƏLƏCƏKLƏR
İyulun 7-8-də Avropa Birliyinin yüksək rütbəli şəxslərindən ibarət nümayəndə heyətinin Bakıya səfəri planlaşdırılır. İtaliyanın Bakıdakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu ölkənin xarici işlər nazirinin müavini Marqerita Boniverin başçılıq edəcəyi nümayəndə heyətinə Avropa Birliyinə İtaliyadan sonra sədrlik edəcək ölkə olan İrlandiyanın nümayəndələri, eləcə də Avropa Komissiyasının üzvləri daxildir. Nümayəndə heyətinin üzvləri Azərbaycanda bir sıra rəsmi görüşlər keçirəcək, Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəklər. Avropa Birliyi ilə Qafqaz ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi planları çərçivəsində bölgəyə gələn nümayəndə heyəti Bakıdan sonra Gürcüstan və Ermənistanda olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]