Avropa İttifaqı altı ölkədə yeni süni intellekt fabrikləri inşa edəcək
Berlin, 10 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) süni intellekt sahəsində qlobal rəqabətdən geri qalmamaq üçün mövcud şəbəkəni xeyli genişləndirməyi planlaşdırır.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, Aİ bu məqsədlə Çexiya, Litva, Polşa, Rumıniya, İspaniya və Niderlandda yeni süni intellekt mərkəzləri inşa edəcək. Onlar startaplara, kiçik və orta müəssisələrə, eləcə də sənaye sektoruna süni intellekt üçün optimallaşdırılmış superkompüterlərə birbaşa çıxış imkanı verəcək.
Üzv dövlətlər bu məqsədlə birlikdə 500 milyon avrodan çox sərmayə yatıracaq. Aİ-nin məqsədi süni intellekt sahəsində irəliləmək və texnoloji asılılıqlardan qurtulmaqdır. Hazırda bu texnologiya bazarında ABŞ liderlik edir, Çin isə qabaqcıl mövqedədir.
Almaniyanın “Deutsche Telekom” şirkəti, bulud xidməti təminatçısı “Ionos” və “Schwarz Group”un IT bölməsi bu layihəyə maraq göstərsə də, onların müraciətləri qəbul edilməyib. Bunun əvəzində keçən il Ştutqartdakı “HammerHai” adlı layihə süni intellekt fabriki üçün seçilmişdi. Aİ indiyədək ümumilikdə 19 süni intellekt fabriki üçün yer seçib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]
Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
- 03.10.2026 [11:20]
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq
- 03.10.2026 [08:53]
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
- 03.10.2026 [07:11]
ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]