İQTİSADİYYAT
Avropa Nüvə Tədqiqatları Mərkəzi Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Əli Abbasov Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı üzrə həyata keçirilən islahatlardan, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin fəaliyyət istiqamətlərindən, perspektiv planlarından söz açıb.
Nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı, təbabət və digər sahələrdə istifadə olunduğunu deyən nazir Azərbaycanın nüvə xammal ehtiyatları potensialına, eyni zamanda, nüvə texnologiyalarının tədqiqi sahəsində müvafiq təcrübəyə malik olduğunu, keçmiş sovet dönəmindən indiyədək respublikada bu sahədə müəyyən işlərin aparıldığını diqqətə çatdırıb.
Nümayəndə heyətinə rəhbərlik edən CERN-in departament rəhbəri doktor Vob Rübiger 21 üzvü olan Avropa Nüvə Tədqiqatları Mərkəzinin Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüşdə yüksək ixtisaslı kadr hazırlığı, qarşılıqlı tədqiqatların genişləndirilməsi və s. istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.