Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa ölkələri enerji böhranından çıxmağın yolunu AES-lərdə görür

Avropa ölkələri enerji böhranından çıxmağın yolunu AES-lərdə görür

Roma, 20 oktyabr, AZƏRTAC

Təbii qaza olan tələbatının 90 faizini və xam neftin isə 97 faizini idxal hesabına təmin edən Avropa ölkələri enerji resurslarında xaricdən asılılıqdan qurtulmağın yollarını axtarır. Avropa İttifaqı (Aİ) enerjidə xaricdən asılılığı azaltmaq, ənənəvi enerji mənbələrinin qiymətlərindəki volatillikdən təsirlənməmək və ətraf mühitə təsiri minimuma endirmək üçün atom elektrik stansiyalarında (AES) istehsal olunan enerjini “yaşıl enerji” mənbəyi kimi təsnif etməyi və bu sahəyə investisiyaları artırmağı nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, 2050-ci ilədək Avropanı “iqlim dostu” qitəsinə çevirməyi hədəfləyən Aİ son dövrdə sürətlə artan enerji qiymətlərinə qarşı görüləcək tədbirləri dəyərləndirir. Bərpaolunan enerji mənbələri ekoloji cəhətdən təmiz və “iqlim dostu” transformasiyasında mühüm rol oynasalar da, külək, günəş və su anbarlarında elektrik enerjisi istehsalının fasiləsiz davam etməməsi, dövri olaraq dəyişməsi daha sabit və bir-birini tamamlayan elementlərə ehtiyac olduğunu göstərir.

Son aylarda Avropa ölkələrində müşahidə olunan quraqlıq nəticəsində su elektrik stansiyalarında, iqlim şəraiti səbəbindən isə külək stansiyalarında elektrik enerjisinin istehsalının azalması kimi amillər yenidən ənənəvi enerji resurslarına meyli artırır. Lakin bu kontekstdə, yeni növ koronavirus epidemiyası zamanı müəyyən səviyyədə olan təbii qaz, kömür və neft qiymətləri iqtisadi artımın sürətlənməsi, tələbatın çoxalması fonunda sürətlə yüksəlir. Avropa ölkələri isə bu qiymət artımlarına hazırlıqsız idi. Ötən qış mövsümünün daha soyuq keçməsi səbəbindən Aİ-nin təbii qaz rezervlərinin azalması da vəziyyəti daha da çətinləşdirir.

Təbii qaz qiymətlərinin bu ay rekord səviyyəyə yüksəlməsi və buna görə də ilin ötən 9 ayında elektrik enerjisinin topdan satış qiymətlərinin 150 faizdən çox artması Avropa ölkələrini narahat edir. Bu məsələdə Avropa İttifaqının iqlim siyasətlərinin enerji xərclərinin artmasına şərait yaratdığını düşünənlər var. Lakin Aİ bu vəziyyətə idxal edilən ənənəvi enerji mənbələrinin qiymətlərindəki artımın səbəb olduğunu bildirir. Enerjidə xaricdən asılılığı azaltmaq istəyən Avropa ölkələri enerji qiymətlərinin artması fonunda bərpaolunan enerji mənbələrinə uzunmüddətli investisiyaları sürətləndirməyi hədəfləyir. Aİ-yə üzv ölkələr elektrik enerjisi istehsalında istifadə olunacaq yeni enerji mənbələrini müəyyənləşdirir. Belə ki, atom elektrik stansiyalarına sahib olan Avropa ölkələri bu stansiyaların karbon qazı emissiyasının aşağı, iqlim dəyişikliyi ilə mübarizədə təsirli, təhlükəsiz və rəqabətli olduğunu, eləcə də nüvə enerjisinin xaricdən asılılığı azaltdığını bildirirlər. Avropanın enerji tələbatını ödəmək üçün bərpaolunan mənbələrdən savayı atom elektrik stansiyalarının da mühüm rol oynadığını düşünən həmin ölkələr nüvə enerjisinin Aİ-də “yaşıl investisiya” təsnifatına daxil edilməsini istəyirlər. Başda Fransa olmaqla Macarıstan, Polşa, Finlandiya, Bolqarıstan, Xorvatiya, Çexiya, Rumıniya, Slovakiya və Sloveniya kimi ölkələr əməkdaşlığın artacağı təqdirdə yaxın gələcəkdə müasir reaktorların inşa olunacağını bildirilər.

Sözügedən 10 ölkə bu həftə birgə məktub imzalayaraq Aİ-yə ünvanlayıblar. Avropa Komissiyasının isə “yaşıl investisiyalar”a dair siyahını qarşıdakı aylarda açıqlaması gözlənilir. Atom elektrik stansiyalarına malik Aİ-yə üzv ölkələrin çoxluğu nəzərə alındıqda bu enerji mənbəyinin “yaşıl investisiya” olaraq qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, Aİ ölkələrinin ümumi elektrik enerjisi istehsalında atom enerjisinin payı təxminən 25 faizdir. Avropa Nüvə Təhlükəsizliyi Tənzimləyiciləri Qrupunun (ENSREG) məlumatına görə, Aİ ölkələrində ümumilikdə fəaliyyətdə olan 106 nüvə reaktoru var. Aİ-yə üzv 27 ölkədən 13-ü elektrik enerjisi istehsal etmək üçün atom elektrik stansiyalarından istifadə edir.

Fransa elektrik enerjisinin 70 faizini ölkədəki 56 nüvə reaktoru hesabına istehsal edir. Almaniyada 6 atom elektrik stansiyası fəaliyyət göstərir ki, bu stansiyalar elektrik enerjisinin təxminən 12 faizini istehsal edir. Lakin Almaniya atom elektrik stansiyalarının fəaliyyətini dayandırmağı da qarşıya məqsəd kimi qoyub.

İspaniyadakı 5 atom elektrik stansiyasında 7 reaktor fəaliyyət göstərir və elektrik enerjisinin təxminən 22 faizi bu stansiyalarda istehsal olunur. Niderlandda bir nüvə reaktoru var ki, elektrik enerjisinin cəmi 3 faizi bu mənbədən əldə edilir. Belçikanın 2 atom elektrik stansiyasında ümumilikdə 7 reaktor işləyir. Nüvə reaktorlarının istehsal etdiyi elektrik enerjisi ölkənin tələbatının təxminən yarısını ödəyir. İsveçdəki 3 atom elektrik stansiyasında fəaliyyətdə olan 6 reaktor elektrik enerjisinin 40 faizini, Çexiyadakı 6 nüvə reaktoru isə elektrik enerjisi istehsalının təxminən üçdəbirini təmin edir. Finlandiyanın 2 atom elektrik stansiyasındakı 4 reaktor ölkənin elektrik enerjisinin istehsalının 30 faizini, Slovakiyadakı 4 reaktor elektrik enerjisi tələbatının təxminən yarısını, Bolqarıstandakı 2 reaktor isə ölkənin elektrik enerjisi istehsalının üçdəbirini ödəyir.

Hazırda Macarıstandakı 4 nüvə reaktoru ölkədə elektrik enerjisinin təxminən yarısını istehsal edir. Macarıstan əlavə olaraq 2 yeni nüvə bloku quraşdırmağa da hazırlaşır. Rumıniyadakı 2 nüvə reaktoru elektrik enerjisinin 20 faizini, Sloveniyadakı bir reaktor isə elektrik enerjisinin 35 faizini istehsal edir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Kot-d’İvuar millisi qalib gəlib