Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 27 aprel, Ayla Sadıq, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai aprelin 27-də Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsini ziyarət edib.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.