AVROPA-QAFQAZ-ASİYA NƏQLİYYAT DƏHLİZİNİN AZƏRBAYCAN HİSSƏSİNDƏ 11,6 MİLYON TON YÜK DAŞINMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, birinci rübdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 11,6 milyon ton yük, 45,6 milyon nəfər sərnişin daşınmışdır. Yük daşınmasında dəmir yolu nəqliyyatı 54,4, avtomobil nəqliyyatı 31,4, dəniz nəqliyyatı isə14,2 faiz paya malik olmuşdur. Dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınan bütün yüklərin 28,4 faizini təşkil etmişdir.
Ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmi 2,9 milyon ton olmuş, dəmir yolunda yük daşınmasının 25,2 faizi, dəniz nəqliyyatında isə 79,7 faizi tranzit yüklərin hesabına həyata keçirilmişdir.
Yük və sərnişin daşımalarından 62,8 milyon manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz çox gəlir əldə edilmişdir. Gəlirlərin yaranmasında dəmir yolu nəqliyyatı daha çox - 61,4 faizlik paya malik olmuş, gəlirlərin qalan hissəsinin 20 faizi avtomobil, 18,6 faizi isə dəniz nəqliyyatının fəaliyyəti nəticəsində yaranmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]