AVROPA ŞURASI İLƏ AZƏRBAYCAN ARASINDA MÜNASİBƏTLƏR YÜKSƏK SƏVİYYƏDƏDİR
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a bildirmişdir ki, bu gün bir sıra beynəlxalq təşkilatların, eləcə də Avropa Şurasının Azərbaycana marağı artmışdır. Azərbaycanın sürətli inkişafı, Avropanın enerji təhlükəsizliyindəki rolu dünyanın diqqət mərkəzindədir. Avropa Şurası da Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Bu gün təşkilatda ölkəmizə olan münasibət tam dəyişmiş və Azərbaycan öz demokratikliyinə görə digər üzv dövlətlərə nümunə kimi göstərilir. Düzdür, bəzi problemlər də olur, amma bu problemlər dərhal yerindəcə müzakirə edilir və öz həllini tapır.
S.Seyidov demişdir ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası ilə bağlı heç bir problem yoxdur. Biz artıq o öhdəliklərin demək olar ki, hamısının yerinə yetirmişik. Amma Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır və biz hələ də müharibə şəraitindəyik, ona görə də bəzi xırda məsələlər qalmaqdadır. Bunu Avropa Şurasında da başa düşürlər və münaqişənin tezliklə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında həlli üçün addımlar atılır. Bunu AŞPA-nın yay sessiyasında qəbul etdiyi qətnamədən də aydın görmək olar. Qətnamədə Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz olaraq torpaqlarımızdan çıxarılması tələb olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]