Avstriya Prezidenti vətəndaşlığı ləğv olunmuş türklərin məsələsinə yenidən baxılmasını tələb edib
Vyana, 24 dekabr, AZƏRTAC
Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen ikili vətəndaşlığa sahib olduqlarına görə Avstriya vətəndaşlığı ləğv olunmuş şəxslərin məsələsinə yenidən baxılmasını tələb edib. Dövlət başçısı yerli mətbuata verdiyi açıqlamada qeyd edib ki, Konstitusiya Məhkəməsinin yararsız dəlil kimi dəyərləndirdiyi siyahı əsasında insanların vətəndaşlığının ləğv edilməsi xoşagəlməzdir və buna görə də artıq hüquqi qüvvəyə minmiş hallara yenidən baxılmasına tərəfdardır.
AZƏRTAC xəbər verir ki, Avstriyanın Daxili İşlər Nazirliyindən dövlət başçısının açıqlaması ilə bağlı verilən bəyanatda isə qüvvədə olan qanunvericiliyin nəzərə alınmalı olduğu qeyd edilib. Həmin şəxslərin qərardan şikayətvermə hüququ olduğu bildirilib və Konstitusiya Məhkəməsinin məlum qərarından sonra vətəndaşlığın ləğv edildiyi halların yenidən yoxlanıldığı bildirilib.
Qeyd edək ki, türk əsilli yüzdən artıq şəxsin Avstriya vətəndaşlığı Türkiyənin seçici siyahıları əsasında ləğv edildikdən sonra Avstriya Konstitusiya Məhkəməsi mühüm qərar vermişdi.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]