Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avstriya Sənaye Federasiyasının prezidenti və iri şirkətlərin rəhbərləri ilə görüş VIDEO

Vyana, 14 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyanada Avstriya Sənaye Federasiyasının prezidenti Georq Kapş və iri şirkətlərin rəhbərləri ilə görüşmüşdür.

Avstriya Sənaye Federasiyasının prezidenti Georq KAPŞ dedi:

- Cənab Prezident.

Cənab səfir, xanımlar və cənablar. Sizinlə bilavasitə ünsiyyət imkanı yaratdığınız üçün təşəkkür etdirəm. Əslində Sizinlə Avstriya Sənaye Federasiyasında görüşməli olsaq da, vaxtınızın az olmasını nəzərə alaraq burada, “İmperial” otelində görüşürük.

Avstriyaya ilk rəsmi səfəriniz çərçivəsində bizimlə ünsiyyət qurduğunuz üçün çox məmnunuq. Ölkələrimiz ərazi ölçülərinə görə çox oxşar olsalar da, təbii ehtiyatlar nöqteyi-nəzərindən Azərbaycan nəzərəçarpacaq dərəcədə üstünlüyə malikdir. Son ildə ticarət dövriyyəsi üç dəfə artmışdır ki, bu da sizi üstün edir. İndi sizin Avstriyaya ixracınız bizim Azərbaycana ixracımızdan çoxdur. Yenə də vəziyyətin yaxşılaşmağını müşahidə etməyə şadıq. Bizim şirkətlər Şərqi Avropaya və daha da şərqdə yerləşən ölkələrə sərmayə qoyulmasında maraqlıdırlar. Əminəm ki, Sizin Vyanaya səfəriniz münasibətlərimizi daha da dərinləşdirəcəkdir.

Bilirsiniz ki, Avropa təbii ehtiyatlardan çox asılıdır. Bizim elə də çox təbii resurslarımız yoxdur, xüsusilə də Avstriyanın. Ona görə də biz Azərbaycan tərəfdən təminata böyük ümid bəsləyirik. Beləliklə, Sizin bəzi boru kəmərlərini dəstəkləyəcəyinizi gözləyirik, xüsusilə də “Nabukko”nu. Özünüz də bilirsiniz ki, bu, bizim üçün nə qədər vacibdir. Sizin dövlət borcunuzun az olması bizə böyük təəssürat bağışlayır, çünki bu borc heç 12 faiz təşkil etmir. Bizim dövlət borcumuz 70 faizdən çoxdur. Bu, Sizə sərmayə qoyuluşu, infrastruktur və iqtisadi layihələr üçün geniş imkanlar, yeni üfüqlər açır. Belə ki, bu, sənaye üçün mütləq şərtdir. Lazım olan anlarda sizə dəstək olacağıq. Düşünürəm, bizim Şərq ölkələri ilə tarixi əlaqələrimiz mövcuddur. Elə zənn edirəm ki, biz bir-birimizin mentalitetinə yaxşı bələdik. Buna görə də Qərbi Avropa ölkələrinə nisbətən biz daha da yaxınıq. Bu da bizə böyük üstünlük verir. Çox sağ olun.

Sizin daha bir üstünlüyünüz vardır - ölkəniz nəqliyyat yollarının qovuşuğunda yerləşir. Siz Qərb ilə Şərqi birləşdirən nəqliyyat şəbəkəsinin mərkəzində yerləşirsiniz. Bu, həm də daşımalar nöqteyi-nəzərindən çox gözəl məkandır. Bizə belə imkan yaratdığınız, buraya təşrif buyurduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Avstriya Sənaye Federasiyası ilə əlaqə saxlamağınız bizim üçün böyük şərəfdir.

X X X

Prezident İlham ƏLİYEV görüşdə çıxış edərək dedi:

- Təşəkkür edirəm. Çox sağ olun. Sizi görməyimə çox məmnunam. Buraya, otelə gəldiyinizə görə Sizə minnətdaram. Sizin də qeyd etdiyiniz kimi, səfər gündəliyim çox sıxdır. Dünən çoxlu görüşlərim olub, onların hamısı çox vacib və məhsuldar idi. Bu gün də proqramımı davam etdirirəm. Dünən Prezident Fişerlə birgə biz Avstriya-Azərbaycan biznes forumunda iştirak etdik. Bu, son iki ildən də az vaxt ərzində keçirilən artıq ikinci belə forum idi. Birinci forum Prezident Fişerin 2011-ci ildə Bakıya səfəri zaman baş tutmuşdu. Biz, eyni zamanda, Avstriya və Azərbaycan işgüzar dairələrinin ikitərəfli iqtisadi əməkdaşlıq sahəsində də daha fəal olmalarını dəstəkləyirik. Çünki belə gözəl siyasi əlaqələrə malik olaraq, iqtisadi əməkdaşlığı genişləndirmək üçün biz bu imkandan istifadə etməliyik.

Dünən Prezident Fişerlə dostluq və tərəfdaşlığa dair Bəyannamə imzaladıq. Bəyannamənin adı özü-özlüyündə bunu təsdiqləyir. Bu, doğrudan da, tərəfdaşlıq və dostluqdur. Sizin dediyinizlə tamamilə razıyam. Həqiqətən ölkələrimiz arasında çoxlu bənzərliklər vardır, xalqlarımız bir-birini daha da yaxından tanımağa çalışırlar. Avstriya şirkətlərinin Azərbaycanda çox mühüm layihələrdə iştirakı nəticəsində Azərbaycanda ölkənizə, xalqınıza və əlbəttə ki, işgüzar dairələrə gəldikdə ictimai rəy ümumilikdə çox müsbətdir. Biznes dairələri nəinki infrastrukturun inkişafı baxımından vacib layihələri icra edirlər, o cümlədən Bakıda yeni incəsənət əsərlərini yaradırlar, paytaxtdakı yeni binalar zövqlü və gözəl olması və əlbəttə, funksional ölçüləri ilə diqqəti cəlb edir.

 Siz keçmişdəki iqtisadi inkişafımızın əsas istiqamətlərini qeyd etdiniz. Bu, isə enerji sahəsi idi. Bu da təbiidir. Yenicə müstəqilliyini qazanmış ölkə üçün bu, sərmayələri cəlb etmək baxımından əsas yol idi. Bu işin öhdəsindən gəldik. Hazırda sərmayələri qeyri-enerji sektoruna cəlb edirik. Bu, prioritetdir. Enerji məsələlərində biz demək olar ki, bütün strateji layihələri həyata keçirdik. Azərbaycan nefti üçün beynəlxalq bazarlara dəhliz açdıq. Qaz üçün regional bazarlara çıxışı təmin etdik. Hazırda biz, həmçinin Azərbaycan tərəfindən irəli sürülmüş “Cənub qaz dəhlizi” üzərində işləyirik. “Cənub qaz dəhlizi”nin reallaşdırılması üçün bir çox praktiki addımlar atmışıq və üzərimizə maliyyə öhdəlikləri götürmüşük. Bu layihə Avropa üçün təchizat, bizim üçün qanunvericiliklə tənzimlənən və çox etibarlı olan yeni böyük proqnozlaşdırılan bazara giriş olacaqdır. Bu, Avropa və Azərbaycan üçün hər tərəfdən uduşlu variantdır. Əlbəttə ki, Avstriya ilə biz hökumət səviyyəsində, şirkətlər səviyyəsində işləyirik. Əminəm ki, biz məhsuldar əməkdaşlığımızı davam etdirəcəyik. Siz düzgün qeyd etdiniz ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi vardır. Lakin nəqliyyat infrastrukturu və logistika dəstəyi olmadan bunun o qədər də böyük mənası yoxdur. Bakıda qovşağın yaradılmasına böyük sərmayələr yatırırıq. Hava ilə daşımalar və dəmir yolu xətlərinə gəldikdə, hazırda Azərbaycan regional əməkdaşlıqda, həmçinin regionda mühüm rol oynayır. Çünki  bizim Əfqanıstandakı missiyaya dəstəyimizə gəldikdə biz Əfqanıstana və geriyə  birbaşa və asan çıxışın təmin edilməsində  ən mühüm rollardan birini oynayırıq. Hazırda biz Avropa və Azərbaycan arasında dəmir yol əlaqəsini nəzərdə tutan böyük infrastruktur layihəsinin həyata keçirilməsinin sonuncu mərhələsindəyik. Ümidvarıq ki, bu ilin sonuna qədər layihəni tam başa çatdıracağıq və tarixi İpək Yolunu bərpa edəcəyik. Bir tərəfdən Çin, digər tərəfdən isə Avropa arasındakı məsafə daha da qısalacaqdır. Təbii ki, Azərbaycan bu vəziyyətdən yararlanacaqdır. Biz bu layihəyə böyük sərmayələr yatırmışıq. 

Hazırda əsas məqsədimiz şaxələndirmədir. Siz qeyd etdiniz ki, çox yaxşı maliyyə durumu vardır. Xarici borcumuz qeyd etdiyinizdən də aşağıdır. Dövlətin xarici borcu ümumi daxili məhsulun 7 faizini təşkil edir. Valyuta ehtiyatları xarici borcla müqayisədə 7-8 dəfə artıqdır. Başqa sözlə, biz xarici borcu bir günə ödəyə bilərik və heç kimin də bundan xəbəri olmaz. Lakin bu pul vəsaitlərinin müəyyən hissəsi gələcək dövr üçün nəzərdə tutulub və biz bundan istifadə etməliyik. Bəzi vəsaitləri hələ ki, kredit kimi götürürük. Lakin, eyni zamanda, artıq kreditora çevrilmişik. Məsələn, bu ilin yanvarında biz beynəlxalq maliyyə korporasiyası ilə müxtəlif layihələr üçün 150 milyon ABŞ dollarının kredit kimi ayrılması haqqında saziş imzalamışıq. Bir sözlə, maliyyə vəziyyəti, milli valyuta, sərmayə mühiti sabitdir. Keçmiş Sovet İttifaqı ərazisində adambaşına düşən birbaşa xarici sərmayələrin  həcminə görə birinci yerdəyik. Əlbəttə ki, bu sərmayələrin əsas hissəsi neft və qaz sektoruna yatırılıb. Hazırda digər sahələr, xüsusilə də turizm, xidmətlər sahəsi inkişaf edir. Avstriya şirkətləri infrastrukturumuzu inkişaf etdirməyə yardım edir. Başqa sözlə, bu günə qədər apardığımız əməkdaşlığın səviyyəsindən razıyıq. Lakin bu əməkdaşlıq hazırda yalnız podratçı öhdəlikləri ilə məhdudlaşır. Avstriya şirkətləri əsasən dövlət büdcəsi hesabına və özəl sektorun maliyyələşdirdiyi mühüm layihələrdə iştirak edirlər. Mən daha çox Avstriya şirkətlərini investor kimi görmək istəyirəm. Çünki sərmayə mühiti çox yaxşıdır. İmkanlar da yaxşıdır. İnşaat, turizm, ağır sənayedə yeni layihələr vardır. Biz ağır sənayeyə sərmayələrin cəlb edilməsinin yeni mexanizmini yaratmışıq. Burada texnoloji parkların yaradılması nəzərdə tutulur. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı sürətlə gedir. Böyük sərmayə yatıran şirkətlər üçün  çox güzəştli vergi rejimi tətbiq ediləcəkdir.

Azərbaycanda kosmos sənayesi inkişaf edir. Bu ilin fevralında biz ilk peykimizi buraxdıq.  Kənd təsərrüfatının böyük potensialı vardır. Avropadan bu sahəyə böyük yatırımlar vardır. Bu da çox əlverişlidir. Həm ölkə, həm sərmayədarlar üçün çox yaxşıdır. Başqa sözlə, biz hər tərəfdən uduşlu vəziyyət yarada bildik. Xarici və yerli sərmayədarlar imkanlardan istifadə edirlər. Hökumət də bundan istifadə edir.

Ötən il Azərbaycana 22 milyard dollar sərmayə yatırılıb. Bizim ölkə üçün bu, kifayət qədər böyük məbləğdir. Son  beş il ərzində göstəricilər oxşar olub, bir çox işlər görülüb. Burada, bildiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən və işləməyi planlaşdıran  şirkətlərin nümayəndələri əyləşib. Hesab edirəm ki, bu format gördüyümüz işləri  və mövcud imkanları nəzərdən keçirmək üçün çox səmərəli ola bilər. Burada müxtəlif sahələr üzrə məsul olan nümayəndə heyətinin üzvləri vardır. Fikrimcə, onların məhsuldar müzakirələri olacaqdır. Bu görüşə görə çox sağ olun.

X X X

Sonra Avstriyanın iqtisadi sahədə tanınmış şirkətlərinin rəhbərləri Azərbaycan Prezidentinə təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verdilər. Onlar Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini yüksək qiymətləndirdilər. Azərbaycan ilə Avstriya arasında yüksək texnologiyalar, infrastruktur, kənd təsərrüfatı, əczaçılıq, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni sahələrin müəyyənləşdirilməsində maraqlı olduqlarını bildirdilər.

Görüşdə əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı