Avtomobildə gömrük nəzarətindən gizlədilən mobil telefonların ekranları tapılıb
Bakı, 20 dekabr, AZƏRTAC
Avtomobildə gömrük nəzarətindən gizlədilən mobil telefonlara məxsus ekranlar tapılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz 313 CDI” markalı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin ön sağ və sol qapı qolunda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən, eləcə də ön panelin örtüyünün arxasındakı boşluqdan və əl əyləcinin altından 16 qutuda 154 ədəd “Samsung” markalı mobil telefonlara məxsus ekran aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.