AVTOMOBİLLƏRİN SAYI ARTMIŞDIR
Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov AZƏRTAC-a bildirmişdir ki, hazırda respublikamızda fiziki və hüquqi şəxslərə məxsus avtomobil nəqliyyatının sayı 500 min ədəddir. Bu rəqəm 1993-cü ilin göstəricilərindən 38 faiz artıqdır. 1992-1993-cü illərdə orta hesabla hər 22 vətəndaşa bir avtomobil düşürdüsə, indi həmin göstərici 16-ya bərabərdir.
Nəqliyyatın sayının sürətli artımı, yollarda intensiv hərəkətin idarə olunması üçün müasir texnikanın nailiyyətlərindən istifadəyə diqqət yetirməyi tələb edir. Bu məqsədlə qəbul olunmuş qərarlar üzrə müvafiq tədbirlər həyata keçirilir.