Azad olunmuş ərazilərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO
Füzuli-Ağdam, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciə qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan və Laçında da bir dəqiqəlik sükutla anılıb.