AZAL çarter reysi ilə 217 Azərbaycan vətəndaşını Nyu-Yorkdan Bakıya gətirib
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən 217 Azərbaycan vətəndaşı çarter reysi ilə Nyu-Yorkdan Bakıya gətirilib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri karantinə yerləşdiriliblər. Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş plana əsasən yerinə yetirir.