Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azər Badamov: Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub

Azər Badamov: Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub

Bakı, 17 avqust, AZƏRTAC

“CNN Türk” dünya ictimaiyyəti tərəfindən maraqla izlənilən televiziya kanallarından biridir. Prezident İlham Əliyev ”CNN Türk” kanalına verdiyi müsahibədə Azərbaycanın erməni işğalına qarşı mübarizəsini diqqətə çatdırıb. Həmçinin torpaqlarımızın işğaldan azad edilməsini, xalqımızın arzularının gerçəkləşməsini böyük qürurla vurğulayıb. Prezident İlham Əliyev, həmçinin 44 günlük Vətən müharibəsində yaratdığımız yeni reallıqda regionun gələcəyinin qurulmasında Azərbaycanın məqsədlərini geniş şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat deyib ki, Prezident İlham Əliyevin müsahibələrində reallığa söykənən və beynəlxalq ictimaiyyətin sülhə çağırışları ilə dolu düşüncələri xarici KİV-lərdə izləmə rekordu qırır. Çünki, Azərbaycan Prezidenti öz müsahibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edildiyini bildirməklə yanaşı, məqsədimizin bölgədə firavan yaşayışın və əməkdaşlıq mühitinin yaradılması olduğunu diqqətə çatdırıb. Bu, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaranmış milli birlik və həmrəyliyin bir çalarıdır. Həmçinin Azərbaycanda baş verən hər bir çətinliyi dəf etməyə qadir olduğumuzun bir nümunəsidir.

“Prezidentin müsahibəsində qeyd etdiyi mühüm məqamlardan biri də ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyətinin dünya ictimaiyyətinə çatdırılmasıdır. ATƏT-in Minsk qrupunun 28 ildən çox bir müddətdə münaqişənin sülh danışıqları yolu ilə həll ediləcəyi adı altında regiona səfərlərinin təşkil edilməsinin məqsədi münaqişənin dondurulmasına və əbədi olmasına xidmət etdiyini bir daha göstərdi. Azərbaycan həmişə sülh danışıqları ilə münaqişənin həll olunmasının tərəfdarı olub. Bununla yanaşı öz torpaqlarının erməni işğalı altında qalması ilə razılaşmayacağını dəfələrlə bildirib.

Problem danışıqlar yolu ilə öz həllini tapsaydı müharibəyə zərurət yaranmazdı. Amma beynəlxalq qurumların səssiz və fəaliyyətsiz davranması, Azərbaycana qarşı ikili standartların tətbiq olunması müharibənin baş verməsinin prioritetlərindəndir. İlk növbədə qeyd etmək istəyirəm ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr bəzi ölkələrə tətbiq olunan zaman dərhal icra olunur, amma Azərbaycan-Ermənistan münaqişəsinə qarşı yanaşmada işğalçıya heç bir təsir göstərilmədi. Əksinə işğalçı Ermənistanı həvəsləndirəcək addımlar atmaqla münaqişənin dondurulmasına xidmət etdilər. İkili standartların digər bir nümunəsi isə 100 il əvvələ aparan və heç bir tarixi fakta əsaslanmayan saxta “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması oldu. Bunu qəbul etmək üçün inkişaf etmiş ölkələr öz parlamentlərində və dövlət səviyyələrində müzakirələr apardıqları halda 29 il əvvəl hamının gözü qarşısında baş vermiş və tarixi faktlarla nümayiş olunan Xocalı soyqırımını müzakirə etmək istəmədilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü beynəlxalq siyasət sayəsində 13 ölkə tərəfindən Xocalı soyqırımı qəbul edilib. Bu ikili standart deyilmi? Vətən müharibəsi dövründə Azərbaycanın müzəffər Ordusu pozulmuş beynəlxalq hüququnun tələblərini öz gücü ilə bərpa etdiyi zaman bəzi dövlətlər ölkəmizə təzyiq göstərməyə çalışırdılar. Həmçinin Ermənistanı silahlandıraraq ruhlandırması istiqamətində atılan addımlar ikili standartların göstəricisi idi. Azərbaycan hər zaman ədalətin tərəfdarı olduğunu göstərib. Buna görə də müharibəni də öz ərazisində apararaq, ərazi bütövlüyünü təmin etdi. Beynəlxalq güclərin görə bilmədiyi işi Azərbaycan Ordusu öz hərbi gücü ilə edərək tarixi Zəfər qazandı”, - deyə deputat bildirib.

Azər Badamov deyib: “Bu gün ölkəmiz müharibənin bitdiyini elan edib. Azərbaycan regionda yaranmış yeni reallığa uyğun gündəliyi müəyyənləşdirərək maraqlı tərəflərə təqdim edir. Bu gündəlik bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlıq mühitinin formalaşmasına istiqamətlənib. Ölkəmiz bu gün Ermənistana sərhədlərin delimitasiya və demarkasiya edilməsini və iki ölkənin ərazi bütövlüyünün tanınmasını təklif edir. Prezident İlham Əliyev müsahibəsində qeyd edib: “Biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik, əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər”.

Burada bir məqamı yaddan çıxarmaq lazım deyil ki, sadə ermənilər Ermənistanın acı məğlubiyyətini qəbul ediblər və bununla barışıblar. Çünki belə olmasaydı məğlub olmuş birini yenidən səs verərək hakimiyyətə qaytarmazdılar. Sadə ermənilər İkinci Qarabağ müharibəsində yaşadıqları faciəni bir daha yaşamaq istəmirlər. Hətta İrəvanda ermənilər arasında aparılan sorğularda respondentlər Qarabağın Azərbaycanın ərazisi olduğunu və yenidən müharibə olacağı təqdirdə Azərbaycan Ordusu ilə savaşa getməyəcəklərini bildiriblər. Bu, o deməkdir ki, Ermənistanın əksər əhalisi Azərbaycanla qonşuluq münasibətlərində yaşamağa hazırdır”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri biz yolunu azmış Azərbaycan vətəndaşları sayırıq”. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli və çox konfessiyalı ölkədir. Ölkəmizdə bütün xalqlar dostluq və qardaşlıq mühitində yaşayırlar. Hətta Bakıda minlərlə erməni yaşayır və onlar heç bir diskriminasiyaya məruz qalmırlar. Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlətimiz tərəfindən təmir olunaraq qorunur. Həm də 5 minə yaxın erməni dilində kitablar bu kilsədə saxlanılır. Ermənilər isə torpaqlarımızı işğal etdikləri 30 il ərzində Azərbaycan xalqının tarixi və mədəniyyət abidələrini, o cümlədən 60-dan çox məscidini dağıdıblar. Buradan azərbaycanlıların və ermənilərin niyyətləri, səviyyələri, humanizmi bəlli olur. Bütün bunlara baxmayaraq biz köhnə səhifəni bağlamaq və yeni səhifəni açmaq istəyirik. Ona görə də qeyd etmək istəyirəm ki, Azərbaycan Qarabağ ərazisindəki erməniləri də öz vətəndaşları kimi qəbul etməyə hazırdır. Təbii ki, bu, onların gələcəyi üçün bir şansdır.

Amma havadarları Ermənistanı yenidən silahlandıraraq, müharibəyə sövq etməyə çalışırlar. Məqsədləri isə Cənubi Qafqaz regionunun gərginlik altında saxlanmasından başqa bir şey deyil. Təbii ki, Azərbaycan hər bir vəziyyətə hazırdır. Müasir silahlar alınaraq Azərbaycan Ordusunun arsenalı təkmilləşdirilir. “Dəmir yumruq” yenidən işə düşəcəyi təqdirdə nəticəsinin daha ağır olacağı Ermənistana bəllidir. Ona görə də erməni rəhbərliyi revanşist bəyanatlardan çəkinməli, regionda sülhün və əməkdaşlığın davamlı olmasına xidmət edəcək addımlar atmalıdır. Bunun üçün imzalanmış üçtərəfli Bəyanatların yerinə yetirilməmiş maddələri icra olunmalı, sərhədlərin delimitasiya və demarkasiya prosesi başa çatdırılmalıdır. Həmçinin sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsümüzə də cavab verilməlidir. Təbii ki, Ermənistan sülh təklifimizə müsbət cavab verərək müqaviləni imzalamağa hazır olduğunu bildirsə, bu ilk növbədə Ermənistanın özü üçün fayda verəcək, həm də bütün region ölkələri üçün. O cümlədən Avrasiya regionunda əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar yaranacaq. Avropa İttifaqının Prezidenti Şarl Mişel ölkəmizə səfəri zamanı Azərbaycanın gələcək planlarını dəstəklədiyini bildirməklə Zəngəzur dəhlizinin açılmasının İttifaq dövlətləri üçün də maraqlı olduğunu bildirdi. Burada həm yeni əməkdaşlıq formatları yaranır, həm də müasir beynəlxalq nəqliyyat dəhlizi əmələ gəlir. Təbii ki, bu, həm də regiona uzun müddətli sülhün gəlişinin başlanğıcı ola bilər.

“Ümumiyyətlə, regionun gələcəyi Ermənistanın özünü necə aparacağından asılı olacaq. Biz Ermənistanın hər bir addımını izləyirik və hər bir addımına adekvat cavab verəcəyik. Əgər Ermənistan havadarlarına arxalanaraq yenidən müharibəyə aparacaq addımlar atmazsa, bu, regiona uzunmüddətli və dayanıqlı sülh gətirəcək. Cənubi Qafqazın sülh və əməkdaşlıq regionu olması üçün tək Azərbaycan yox, regionun bütün dövlətləri bu istiqamətdə ciddi addımlar atmalıdır. Ən azından Cənubi Qafqaz coğrafiyası bunu tələb edir”, - deyə A.Badamov fikirlərini yekunlaşdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fotoqraf: Bəzən sadəcə doğru anı göstərmək kifayətdir ki, insanın baxışı dəyişsin

İsrail ordusu HƏMAS-ın bir bölük komandiri və üç tağım komandirinin öldürüldüyünü açıqlayıb

Dövlət Departamenti Keniyada helikopter qəzasında dörd amerikalının öldüyünü təsdiqləyib

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

Tramp Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

Bu saata olan əsas xəbərlər

Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addım atılıb VİDEO

Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addım atılıb VİDEO

“Tvente”nin baş məşqçisi: Bizi “Qarabağ”la finala bərabər iki oyun gözləyir

Yuri Boçarov: Naxçıvandan təkcə qatarlar deyil, investisiyalar və texnologiyalar da keçməlidir

“IT Park Uzbekistan”da Azərbaycan jurnalistlərinə ölkənin rəqəmsal ekosistemi təqdim olunub VİDEO

“IT Park Uzbekistan”da Azərbaycan jurnalistlərinə ölkənin rəqəmsal ekosistemi təqdim olunub VİDEO

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yazar və naşirlərlə görüş təşkil edilib

Naxçıvanın böyük potensialı var – Ekspert rəyi

“İbrahim Tatlışiş” kabab evində at DNT-si aşkarlanıb

Naxçıvanda indiyədək şəhid ailələri və müharibə əlillərinə 400-ə yaxın mənzil təqdim olunub VİDEO

Naxçıvanda indiyədək şəhid ailələri və müharibə əlillərinə 400-ə yaxın mənzil təqdim olunub VİDEO

Politoloq: Naxçıvanın blokadası bitir, qədim diyar yenidən Şərqin qapısına çevrilir

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama VİDEO

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama VİDEO

Coğrafiya İnstitutunun əməkdaşı: Xəzər dənizi üçün əsas təhlükə suyun çirklənməsidir

“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib VİDEO

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib VİDEO

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

Heyvanların identifikasiyası sahəsində Polşa təcrübəsi öyrənilir

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru -  REPORTAJ  VİDEO

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru - REPORTAJ VİDEO

Avropada təbii qazın qiyməti martdan bəri ən yüksək səviyyəyə çatıb

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib VİDEO

Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir VİDEO

Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir VİDEO

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

Tarixi yaddaş və gündəlik həyat: keçmişi öyrənməyə hansı mənbələr kömək edir?

İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

Əməkdar artist: Muğam müsabiqələri üçün çoxlu sayda ifaçı yetişdirmişəm

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş olub

İsrailli veteran futbolçu: “Sabah”ın “Hapoel”ə qalib gəlib mərhələni adlaması təəccüblü olmaz

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun!

Cins mal-qara, müasir texnologiya və dövlət dəstəyi: Şəmkirdə heyvandarlıq sahəsi inkişaf edir VİDEO

Cins mal-qara, müasir texnologiya və dövlət dəstəyi: Şəmkirdə heyvandarlıq sahəsi inkişaf edir VİDEO

“Şimal axını” qaz kəmərlərindəki partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

Ukrayna Ali Radası Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib

Qvineyalı futbolçu “Fənərbağça”dan ayrılıb

® “PAŞA Holdinq” gənc hüquqşünaslar üçün “LEGIS” Mentorluq Proqramına start verib

Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Nuriyyə Hüseynova: Macarıstanda zəngin mədəni irsimizi böyük qürurla təmsil etdik

Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

Son 2 ildə Xaçmazda min hektaradək intensiv şaftalı bağı salınıb

Türkiyədə müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq

Nazirlik: Naxçıvan Sənaye Parkında sahibkarlara geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

® “Bir” ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər

Ali Rada Andrey Sibiqanı Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edib

Qış aylarında neftin qiyməti 100 dollar həddini keçə bilər

Zərifə Quliyeva beynəlxalq təşkilat tərəfindən “Onur Belgesi” ilə təltif olunub

Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

Həftəsonunadək gözlənilən hava şəraiti açıqlanıb

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

Yeni Qanun toxumçuluğun inkişafı üçün hüquqi bazanı gücləndirir

BDU-nun təşkilatçılığı ilə Qubada tələbələr, şəhid və qazi övladları üçün yay düşərgəsi təşkil olunacaq

Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək

Marin Lö Penin konstitusiya referendumu Fransada hüquqi-siyasi qarşıdurma riski yaradır

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

® “Yaşıl Cümə” yenidən “İrşad”da! VİDEO

® “Yaşıl Cümə” yenidən “İrşad”da! VİDEO

Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır VİDEO

Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır VİDEO

Rusiya Silahlı Qüvvələri Xersonda mikroavtobusa zərbə endirib, ölənlər var

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək -XƏBƏRDARLIQ

Almaniyada xaricdə əldə olunan peşə ixtisaslarının tanınması artıb

Yuriy Bivol: Azərbaycanda qonaqpərvər tamaşaçılar və Bakının gözəlliyi bizi heyran etdi

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“IT Park Uzbekistan”ın icraçı direktoru: Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm – MÜSAHİBƏ VİDEO

“IT Park Uzbekistan”ın icraçı direktoru: Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm – MÜSAHİBƏ VİDEO

Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb

Dördüncü ixtisas qrupunda 1036 abituriyent 500-600 arası bal toplayıb

Konfrans Liqası: “Qarabağ” “Tvente” ilə oyun üçün Niderlanda yola düşüb

“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO

“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO

Paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 39 mindən çox elektron sorğu yerləşdirilib

Kraliça Kamilla Kral Çarlzın xərçəng diaqnozunu gizli saxlamağın çətinliyindən danışıb

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb

Gürcüstanda dəmir yolu ilə daxili sərnişindaşımalar azalıb

“Aston Villa” heyətini iki yeni futbolçu ilə gücləndirib

Konqoda Ebola xəstəliyinə yoluxma hallarının sayı 5 mini ötüb

® “Azercell”in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

Məşğulluq Strategiyasının Tədbirlər Planının icrası ilə bağlı görüş baş tutub

Prezident Donald Trampın praqmatizmi 907-ci düzəlişin aradan qaldırılacağını deməyə əsas verir - ŞƏRH

İngiltərədə küçədə yatan minlərlə insan üçün yeni təşəbbüs

“2783 metr yüksəklikdə çəkiliş edəndə əllərimiz donmuşdu” – Ekstremal vəziyyətləri əbədiləşdirən fotoqrafla MÜSAHİBƏ VİDEO

“2783 metr yüksəklikdə çəkiliş edəndə əllərimiz donmuşdu” – Ekstremal vəziyyətləri əbədiləşdirən fotoqrafla MÜSAHİBƏ VİDEO

İkinci rübdə Gürcüstana dəmir yolu ilə idxal olunan yüklərin 22,7 faizi Azərbaycanın payına düşüb

Fransa vergi idarəsində üçüncü məlumat sızması təsdiqlənib